Harold Qreqori Mur-kiçik (; ) — ABŞ hərbçisi, ABŞ Ordusunun zabiti.Vyetnam müharibəsi zamanı özünü fərqləndirmişdir.
Həyatı Vaşinqtonda orta məktəbi bitirmişdir. Daha sonra iki il Corc Vaşinqton Universitetində təhsil almışdır. 1942-ci ildə hərbi xidmətə yollanmışdır. 1945-ci ildə Vest-Poyntı bitirmişdir.
2009-cu ilin iyununda 87 yaşlı Mur Corciya ştatının Kolumbus şəhərində Milli Piyadalar Muzeyinin açılışında iştirak etmişdir. Muzeyin eksponatlarından biri də Ya-Dranq vadisində gedən döyüş zamanı İks-Rey eniş meydançasının dioraması idi.Williams, Chuck, «Infantry Museum’s '100 Yards' Exhibit Touches Veterans », Columbus Ledger-Enquirer, June 19, 2009.
Ailəsi Beş uşaq böyütmüşdür. Oğullarından ikisi ordu zabiti, biri ehtiyatda olan polkovnik-leytenant, digəri isə həqiqi xidmətdə olan polkovnikdir.
İstinadlar
Kateqoriya:ABŞ hərbçiləri Kateqoriya:Koreya müharibəsi iştirakçıları Kateqoriya:Vyetnam müharibəsi iştirakçıları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:XX əsr ABŞ yazıçıları Kateqoriya:ABŞ-nin Roma katolikləri