İtirilmiş simvol kitabı (ingiliscə: The Lost Symbol) - Məşhur amerikalı yazıçı Den Braunun əsəri.
“The Lost Symbol” (İtirilmiş simvol) romanı professor Lenqdona həsr olunub. Yazıçının bu əsəri 2009-cu ildə həm kitab, həm də elektron formada oxuculara təqdim olunub. Kitabın ilk tirajı 6,5 milyon cilddə buraxılıb. 17 avqust 2009-cu ildə Den Braunun adı ən yaxşı satılan Amerika kitabları arasında üçüncü sırada yer alıb.
Məzmun
Robert Lenqdonun macəraları davam edir. Bu dəfə o, masonların dünyanı dəyişə biləcək böyük sirrini tapmalıdır. Əsrlərlə gizli qalan sirlər, müəmmalı işarələr, simvollar və keçmişin labirintləri ilə ölümcül təhlükəli səyahət...
Xarici keçidlər
Kateqoriya:2009-cu ilin romanları Kateqoriya:ABŞ romanları Kateqoriya:İngilis dilində romanlar Kateqoriya:Den Braunun romanları Kateqoriya:Psevdotarix Kateqoriya:Teleseriala uyğunlaşdırılmış ABŞ romanları