Lihyan (, Liḥyān; ) və ya Dədan — Ərəbistan yarımadasının şimal-qərb hissəsində qədim ərəb padşahlığı. Bu dövlət regionda mühüm mədəni və iqtisadi rol oynamışdır, həmçinin güclü və yüksək səviyyədə təşkil edilmişdir. Lihyanlılar cənubda Yəsribdən və şimalda Levantın bir hissəsindən böyük bir əraziyə hakim olmuşdular. Antik dövrdə Akaba körfəzi Lihyan körfəzi adlanırdı. Bu, Lihyanın əldə etdiyi geniş təsirin sübutu hesab edilir.Discovering Lehi . Cedar Fort; 9 August 1996. . p. 153. Padşahlıq Yəhudi Bibliyasında xatırlanır.
Ərəb şəcərələri Bəni Lihyan qəbiləsini İsmayıl övladlarından hesab edirlər. Ərəblər İsmailin nəslindəndirlər. Buna baxmayaraq, iudaist ənənəsində onların birbaşa İbrahimin ikinci zövcəsi Qəturə vasitəsilə İbrahimin nəslindən gəldiyi düşünülür.
İstinadlar
Əlavə oxu
Lozachmeur, H (ed.) 1995. Présence arabe dans le croissant fertile avant l'Hégire. (Actes de la table ronde internationale Paris, 13 Novembre 1993). Paris: Éditions Recherche sur les Civilisations. pp. 148. . Werner Caskel, Lihyan und Lihyanisch (1954) F.V. Winnett "A Study of the Lihyanite and Thamudic Inscriptions", University of Toronto Press, Oriental Series No. 3. Lynn M. Hilton, Hope A. Hilton (1996) "Discovering Lehi". Cedar Fort. ISBN 1462126383.
Xarici keçidlər http://www.mnh.si.edu/epigraphy/e_pre-islamic/lihyanite.htm
Kateqoriya:Səudiyyə Ərəbistanı tarixi Kateqoriya:Ərəb etnik qrupları Kateqoriya:Ədnanilər Kateqoriya:E.ə. IV əsrdə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:İslamdan əvvəlki Ərəbistan