thumb|Küçənin girişində yerləşən, qurbağalara həsr olunmuş heykəl. thumb|220px|Daşdan hazırlanmış qurbağa heykəli.|150px – Yaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində yerləşən küçə. Qurbağa heykəlləri, qurbağa festivalı və qurbağalara həsr olunmuş məbədi səbəbi ilə kimi də tanınır.

Tarixi Metoba çayının sahilində yerləşən küçənin adı sözlərinin qısaltmasından yaranmışdır. 2001-ci ildə küçədə yenidənqurma işləri aparılmışdır.

Küçənin hekayəsinə görə Yapon Alp dağlarında yerləşən bu küçənin ərazisində Yaponiya üçün endemik qurbağa növü olan kacikaların böyük populyasiyası yaşayırdı. 1959-cu ildə baş verən tayfun mövsümü qeydə alınan ən pis tayfun mövsümlərindən biri olmuş, Yaponiyada bir çox yerdə daşqınlara səbəb olmuşdur. Bu daşqınlar nəticəsində Matsumoto şəhərinin yaxınlığında axan Metoba çayı daşmış, Navate və ətraf küçələri su basmışdır. Daşqından sonra kacika qurbağaları çayın yuxarı axınında yerləşən daha hündür yerə miqrasiya etmişdirlər. Yerli əhali daşqının fəsadlarını aradan qaldırsa da, qurbağalar bir daha qayıtmamışdır.

Qurbağaların ərazini tərk etməsi yerli əhalini məyus etmiş və onlar küçədə qurbağa heykəlləri tikməyə qərar vermişdirlər. Yerli satıcılar küçədə qurbağalara aid kiçik fiqurlar və heykəlciklər satmağa başlamış, 1972-ci ildə isə küçədə qurbağalara həsr olunmuş Kaeru Daymyocin məbədi tikilmişdir. Bu hekayə yerli əhali tərəfindən yenidən doğulmağın bir simvolu kimi qəbul olunur.

Qurbağa festivalı Hər il küçədə satıcılar, tələbələr və digər şəxslər tərəfindən baş tutur. İlk dəfə 2002-ci ildə baş tutmuş festivala ancaq yerli prefekturadan deyil, bütün Yaponiyadan insanlar qatılır. Festivalın birinci günündə adlı şinto ritualı keçirilir. Festival zamanı keçirilən Kellouin tədbiri zamanı balaca uşaqlar qurbağa kostyumu geyinib küçə boyunca şirniyyat toplamağa çalışırlar.

Qeydlər

İstinadlar

Xarici keçidlər

Qurbağa festivalının rəsmi saytı

Kateqoriya:Naqano prefekturasının görməli yerləri Kateqoriya:Matsumoto Kateqoriya:Yaponiya küçələri Kateqoriya:Mədəniyyətdə qurbağalar