Məsud Kimyayi (; ) — İran rejissoru, ssenaristi və film prodüseri. O, İran yeni dalğasının rejissorlarından sayılır.
Kimyyai karyerasına 1968-ci ildə "Qəribə gəl" filmi ilə debüt etmiş, rejissor köməkçisi kimi başlamışdır. İkinci filmi "Qeysər" (1969) ilə o, İran kino sənayesində tarixi dəyişikliyə səbəb olmuşdu. Film kassada böyük uğur qazanmaqla yanaşı, daha əvvəl sənayedə şansı olmayan bir çox gənc və istedadlı rejissorların da yolunu açmışdı. Onun filmləri çox vaxt cəmiyyətdə marginallaşmış insanlar haqqında olur və filmin sonunda antiqəhrəmanlar ölür.
O, adətən ssenarilərini özü yazır və ənənəvi adi xalq dialektləri əsasında jarqon dialoqları ehtiva edir. İranda keçirilən festivallarda aldığı bir çox mükafatlardan başqa o, yeganə beynəlxalq mükafatını Berlin Film Festivalında almışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İran kinorejissorları