Felyanlar — Böyük Fransa inqilabı dövründə Parisdə yaradılmış siyasi klubun üzvləri. Adı, iclaslarını keçirdikləri yerlə Felyan monastırı ilə bağlıdır. Yakobin klubunun tərkibindən çıxmış konstitusiyalı-monarxiya tərəfdarlarından və liberal zadəgan nümayəndələrindən ibarət idilər.

1792-ci il 10 avqustda Monarxiya devrildikdən sonra fəaliyyətlərinə son qoyuldu.

İstinadlar

Kateqoriya:Mühafizəkar partiyalar Kateqoriya:Katolik siyasi partiyaları Kateqoriya:Mühafizəkar liberal partiyalar Kateqoriya:1790-cı illərdə ləğv olunan siyasi partiyalar Kateqoriya:Monarxistlər