Avstraliya vyetnamlıları (, ) — vyetnaməsilli avstraliyalılar. Avstraliya vyetnamlıları qlobal Vyetnam diasporasının ən böyük qruplarından biridir. 2021-ci il siyahıyaalmasında 334,781 nəfər əcdadlarının vyetnamlı olduğunu bildirmişdir, bu da Avstraliya əhalisinin 1,3%-ni təşkil edir. 2021-ci ildə Avstraliya Statistika Bürosu Vyetnamda 268,170 Avstraliya sakininin doğulduğunu təxmin etmişdir.

Tarixi 1975-ci ilə qədər Avstraliyada 2,000-dən az vyetnaməsilli insan var idi. Note however, that before 1976 Vietnam was not separately recorded as a country of birth for settlers so the Australian Bureau of Statistics is unable to provide an exact picture of settler intake prior to this time. Vyetnamda müharibə başa çatdıqdan sonra, 1975-ci ilin aprelində Qaçqınların Statusuna dair BMT Konvensiyası imzalayan Avstraliya 1975–1985-ci illərdə qaçqınların köçürülməsi planına əsasən vyetnaməsilli qaçqınların öz payını köçürməyə razılaşmışdı. 1970-ci illərin sonlarında qaçqınların ilkin qəbulundan sonra 1983–1984-cü illərdə ikinci immiqrasiya zirvəsi baş tutmuşdur. Ehtimal olunur ki, bu, Avstraliya və Vyetnam hökumətləri arasında 1982-ci ildə Avstraliya vyetnamlıların qohumlarına ölkəni tərk edərək Avstraliyaya köçməsinə icazə verən razılaşmanın nəticəsi idi. 1980-ci illərin sonlarında gerçəkləşmiş üçüncü immiqrasiya zirvəsinin Avstraliyanın ailə birləşməsi sxemi ilə bağlı olmuşdur. Cənubi Vyetnamın süqutundan sonra qaçqın olan yaşlı nəsillərin əhəmiyyətli bir hissəsi əvvəllər Vyetnam hökumətini bəyənmədiyini bildirmişdir.

İstinadlar

Xarici keçidlər Vietnamese Community in Australia The Vietnamese in Australia Gold & Silver: Vietnamese migration and relationships with environments in Vietnam and Sydney Vietnamese Queenslanders. Short (3-4mins) digital stories from 5 Vietnamese Queenslanders, a project from the Queensland Vietnamese community and the State Library of Queensland. [CC-By-SA] (History of Vietnamese in Sydney)

Kateqoriya:Avstraliya–Vyetnam münasibətləri Kateqoriya:Vyetnam diasporu Kateqoriya:Avstraliyada yaşayan etnik qruplar