İnternet2 () — araşdırma və təhsil icmaları, sənaye və hökumət tərəfindən idarə olunan qeyri-kommersiya məqsədli ABŞ kompüter şəbəkəsi konsorsiumudur."About Internet2" , Retrieved on 2009–06-26 İnternet2 konsorsiumunun baş ofisi Miçiqanın Ann-Arbor şəhərində yerləşir. Vaşinqton və Kaliforniyanın Emerivill şəhərlərində isə ofisləri mövcuddur.
2013-cü ilin noyabr ayından etibarən "İnternet2"-nin 500-dən çox üzvü var."Internet2 Affiliate Members List" , Retrieved on 2013–11-14 Bunlara 251 ali təhsil müəssisəsi,"Internet2 University Members List" , Retrieved on 2013–11-14 müxtəlif sektorlardan 9 tərəfdaş ilə 76 sənaye,"Internet2 Corporate Members" , Retrieved on 2013–11-14 100-dən çox tədqiqat və təhsil şəbəkəsi və ya əlaqələndirici təşkilat,"Internet2 members: Research & Education Networks" , Retrieved on 2013–11-14"Internet2 members: Communities & Groups" , Retrieved on 2013–11-14 həmçinin 67 əlavə üzv daxildir.
"İnternet2" layihəsi "Internet2 Network" şəbəkəsini idarə edir. Bu tədqiqat və təhsil üçün şəbəkə xidmətləri təqdim edən fiber-optikdən istifadə edən internet protokolu şəbəkəsidir. Bu layihə həmçinin təhlükəsiz şəbəkə testi və tədqiqat mühiti təmin edir. 2007-ci ilin sonunda "İnternet2" özünün ən yeni dinamik sxem şəbəkəsi olan "Internet2 DCN"-i işə salmışdır. Bu, fiber-optik şəbəkə üzərindən istifadəçi əsaslı məlumat sxemlərinin bölüşdürülməsinə imkan verən qabaqcıl texnologiyadır.
"İnternet2" şəbəkəsi regional şəbəkə və üzvləri vasitəsilə ABŞ-ın 60.000-dən çox təhsil, tədqiqat, hökumət və ictimai mərkəz müəssisələrini birləşdirir. Bu müəssisələr ibtidai və orta məktəblərdən dövlət kollec və universitetlərinə, ictimai kitabxanalar və muzeylərdən səhiyyə təşkilatlarına qədər olan təhsil, tədqiqat, hökumət və ictimaiyyətə xidmət göstərən müəssisələrdən ibarətdir."Internet2 K20 Connectivity Data" , Retrieved on 2009–06-26
"İnternet2" icması internetin gələcəyi üçün şəbəkə texnologiyalarını inkişaf etdirir və tətbiqinə fokuslanır. Bu texnologiyalara genişmiqyaslı şəbəkə performansının ölçülməsi və idarəetmə vasitələri,"Internet2 Performance Initiative" , Retrieved on 2009–06-26 təhlükəsiz identifikasiya və girişin idarə edilməsi alətləri"Internet2 Security Directory and Related Links" , Retrieved on 2009–06-26 ilə yüksək ötürmə qabiliyyəti və yüksək performanslı sxemlərin planlaşdırılması kimi imkanlar daxildir."Internet2 Dynamic Circuit Network" , Retrieved on 2009–06-26
"İnternet2" üzvləri bir neçə məsləhət şurasında fəaliyyət göstərir,"Internet2 Advisory Councils" , Retrieved on 2009–06-26 müxtəlif işçi və xüsusi maraq daşıyan qruplarla əməkdaşlıq edir."Internet2 Working Groups, SIGs, and Advisory Groups" , Retrieved on 2009–06-26 Üzvlər yaz və payız mövsümlərində görüşür,"Internet2 Member Meetings" , Retrieved on 2009–06-26 strateji planlaşdırma prosesində fikir mübadiləsi aparırlar."Internet2 Strategic Planning" , Retrieved on 2009–06-26
Tarix İnternet daha da populyarlaşdıqca, universitetlər ötürmə genişliyi məhdudiyyətləri ilə üzləşən ilk qurumlardan biri oldu. Bunun səbəbi akademik tədqiqatçıların bir-biri ilə əməkdaşlıq etmələri və o dövrdə internetin imkanlarını aşmış böyük həcmdə məlumat ötürmələri idi. Bəzi universitetlər data mining, tibbi görüntüləmə və hissəciklər fizikası kimi yüksək performanslı tətbiqləri dəstəkləmək istəyirdilər. Bu, 1995-ci ildə Milli Elm Fondu və MCI Communications tərəfindən təhsil müəssisələrində superkompüterlər üçün hazırlanmış çox yüksək məhsullu Əsas Şəbəkə Xidmətinin (Backbone Network Service) və ya vBNS-nin yaradılması ilə nəticələndi. NSF müqaviləsinin müddəti başa çatdıqdan sonra vBNS əsasən ABŞ hökumətinə xidmət göstərməyə başladı. Buna görə də, tədqiqat və təhsil icması şəbəkə ehtiyaclarını qarşılamaq üçün İnternet2-ni təsis etdi.
"İnternet2" layihəsi ilk olaraq 1996-cı ildə 34 universitet tədqiqatçısı tərəfindən EDUCOM-un (sonradan EDUCAUSE) himayəsi altında yaradılıb və rəsmi olaraq 1997-ci ildə Qabaqcıl İnternet İnkişafı üzrə Universitet Korporasiyası (University Corporation for Advanced Internet Development) qeyri-kommersiya təşkilatı kimi təşkil edilib. Daha sonra layihənin adı dəyişdirilərək "İnternet2" edilib. "İnternet2" qeydə alınmış əmtəə nişanıdır."Internet2 - Terms of Use" , Internet2.
"İnternet2" icması Qwest ilə əməkdaşlıq edərək 1998-ci ildə Abilene adlı ilk "İnternet2 Şəbəkəsi"ni qurdu və National LambdaRail (NLR) layihəsinin əsas investoru idi."Optical networking: The next generation - CNET News.com, By Marguerite Reardon (Staff Writer), Published October 11, 2004 4:00 AM PDT 2004–2006-cı illərdə "İnternet2" və NLR mümkün birləşmə ilə bağlı geniş müzakirələr apardılar."Internet2, National Lambda Rail, In Merger Talks (July 18, 2005)" Bu danışıqlar 2006-cı ilin yazında dayandırılsa da, 2007-ci ilin martında bərpa edildi. Lakin danışıqlar həll edilməmiş fikir ayrılıqları səbəbiylə 2007-ci ilin payızındaInternate archive of now defunct www.internet2-nlr.org site) yenidən dayandırıldı.
2006-cı ildə "İnternet2" tutumunu 10 Gbit/s-dən 100 Gbit/s-ə qədər artırmağa qərar verdi və bu məqsədlə Level 3 Communications ilə tərəfdaşlıq etdi."Speedy Internet2 gets 10x boost - USAToday.com, By Anick Jesdanun (AP Internet Writer), Published October 11, 2007 8:16 AM" , Retrieved on 2009-06-26 Bu əməkdaşlıq çərçivəsində tamamilə yeni milli şəbəkəni fəaliyyətə keçirmək məqsədilə addımlar atıldı. 2007-ci ilin oktyabrında "İnternet2" rəsmi olaraq "Abilene" layihəsinin fəaliyyətini dayandırdı və daha yüksək tutumlu şəbəkəsi üçün "İnternet2" adını qəbul etdi.
"İnternet2" 2010-cu ildə ARRA (Amerikan Bərpa və Yenidən İnvestisiya Aktı) fondundan 62.5 milyon dollar dəyərində qrant aldı. Bu da İnternet2-nin uzunmüddətli fiber-optik xətt üçün IRU qurmağa və öz DWDM optik şəbəkə sistemi ilə şəbəkəni təkmilləşdirməsinə imkan verdi. Daha sonra Ciena elan etdi ki, bu, milli 100G optik şəbəkədir. Yeni optik sistemin təkmilləşdirməsi 2012-ci ilin dekabrında başa çatdı.
Həmçinin bax
İstinadlar
Əlavə ədəbiyyat Barnes, Christopher, and Terresa E. Jackson . INTERNET2: The Backbone of the Future. Brooks Air Force Base, Tex.: Air Force Research Laboratory, 2002. http://handle.dtic.mil/100.2/ADA406627 (9 February 2007). Grush, Mary, "Internet2: Extending Identity and Access Around the Globe with InCommon." CampusTechnology, December 13, 2021 Matlis, Jan. "Internet2." Computerworld, 28 August 2006, 30. Moschovitis, Christos, Hilary Poole, Tami Schuyler, and Theresa M. Senft. History of the Internet: A Chronology, 1843 to the Present. Santa Barbara, Cal.: ABC-CLIO, 1999. Van Houweling, Douglas and Ted Hanss, "Internet2: The Promise of Truly Advanced Broadband," in The Broadband Explosion, R. Austin and S. Bradley, Editors, Harvard Business School Press, 2005.
Xarici keçidlər
Internet2's homepage Internetnews.com: Scientists Set Internet2 Speed Record Internet2 FAQs, from Qwest Internet2 Talk:The Development of the Internet, Implications for our Future, by Douglas E Van Houweling PhD, President and CEO of Internet2, Feb 4th, 2009 at the University of California Santa Cruz, Santa Cruz, California USA
Kateqoriya:İnternet-təşkilatlar Kateqoriya:ABŞ-də elm və texnologiya