Şirvan dairəsi və ya Şirvan mahalı — Azərbaycan Sovet Sosialist Respublikasında 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi. İnzibati mərkəzi Göyçay olmuşdur. Bu səbəbdən Göyçay dairəsi (Göyçay mahalı) kimi də adlandırılmışdır.

Tarixi Şirvan dairəsi VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR-də qəzaların ləğv edilməsi nəticəsində yaradılmışdır. Şamaxı və Göyçay qəzalarını əvəz etmişdir.

SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin "Dairələrin ləğv edilməsi haqqında" 23 iyul 1930-cu il tarixli qərarına uyğun olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Soveti 8 avqust 1930-cu ildə Azərbaycan SSR ərazisində dairələrin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Bununla Şirvan dairəsi də daxil olmaqla ölkə ərazisindəki bütün dairələr ləğv olunmuş, onların ərazisində ümumilikdə 63 rayon təşkil edilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan SSR dairələri Kateqoriya:1929-cu ildə Azərbaycanda yarananlar Kateqoriya:1930-cu ildə ləğv olunanlar