Poetika.izm — Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı.“Poetika.izm” jurnalının növbəti nömrəsində Haqqında Poetika.izm jurnalı 2013-cü il noyabrın 26-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Jurnal AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun jurnalıdır və 2014-cü ildən etibarən nəşr olunur.

"Poetika.izm" jurnalı ədəbiyyatın tərifindən başlayaraq, onun mahiyyətini, qanunlarını, kateqoriyalarını, kəmiyyət və keyfiyyət göstəricilərini, məqsədinin və funksiyasının nə olduğunu, gerçəklə, cəmiyyətlə və insanla münasibətinin səciyyəsini, ədəbi dəyər məsələlərini, ədəbi əsərin ərsəyə gəlmə şərtlərini mövzu olaraq seçən və işləyən ədəbiyyat nəzəriyyəsinə dair müxtəlif səpgili məqalə və araşdırmalara üstünlük verir, bu prosesi ardıcıl və davamlı şəkildə aparmaq məqsədi daşıyır. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dövri nəşri kimi "Poetika.İzm" jurnalı İnstitutun, eyni zamanda digər elmi tədqiqat və ali təhsil müəssisələrinin kadr və mütəxəssis hazırlığı prosesində doktorant və dissertantların elmi tədqiqat əsərlərinin aprobosiyasına şərait yaradır.

Əhəmiyyəti Jurnal həm tematika, həm də struktur baxımından Azərbaycan filoloji düşüncə tarixində yeni bir hadisədir,ədəbiyyatın tərifindən başlayaraq, onun mahiyyətini, qanunlarını, kateqoriyalarını, məqsəd və funksiyasını, cəmiyyətlə və insanla münasibətinin səciyyəsini , ədəbi dəyər məsələlərini, ədəbi əsərin ərsəyəgəəlmə şərtlərini mövzu olaraq seçən və işləyən ədəbiyyat nəzəriyyəsinə dair müxtəlif səpkili məqalə və araşdırmaları özündə birləşdirən jurnal bu baxımdan ədəbi-nəzəri mətbuat tariximizdə mühüm hadisədir. Redaksiya qrupu Jurnalın redaksiya heyətinə Türkiyə, İtaliya, Latviya,Yaponiyavə və digər ölkələrin alimləri daxildir. Baş redaktor İsa Həbibbəyli – AMEA-nın həqiqi üzvü Baş redaktorun müavini Tahirə Məmməd – professor Məsul katib Maral Yaqubova – filologiya üzrə fəlsəfə doktoru Redaksiya şurası Teymur Kərimli – AMEA-nın həqiqi üzvü Bədirxan Əhmədov – professor Rəhilə Qeybullayeva – professor Məmməd Əliyev – professor Şirindil Alışanov – professor Vaqif Yusifli – filologiya elmləri doktoru, dosent Rahid Xəlilov – filologiya elmləri doktoru Salidə Şərifova – filologiya elmləri doktoru, dosent Pərvanə İsayeva – filologiya elmləri doktoru, dosent Elnarə Akimova – filologiya elmləri doktoru, dosent Məsul redaktor Ülkər Hüseynova Beynəlxalq redaksiya heyəti Ramazan Korkmaz – professor (Türkiyə) Stefani Sini – professor (İtaliya) Maija Burima – professor(Latviya) Takayuki Yakota Murakami – filologiya üzrə fəlsəfə doktoru, dosent (Yaponiya) Mikolay Sokolovski – professor (Polşa) Yadiqa Petrusinska – professor (Polşa) Fatima Festik – professor (Bosniya) Həmçinin bax https://literature.az/?lang=aze&page=175 https://science.gov.az/az/news/open/23429

Mənbə İsa Həbibbəyli. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Bakı: Elm və təhsil. 2018. səh. 58. http://ek.anl.az/lib/item?id=chamo:573911&theme=e-kataloq https://literature.az/?lang=aze&page=185&newsId=116741 https://525.az/news/95229-poetika-izm-jurnalinin-yeni-sayinda https://www.academia.edu/104953897/Nizami_G%C9%99nc%C9%99vi_ad%C4%B1na_%C6%8Fd%C9%99biyyat_%C4%B0nstitutu https://aak.gov.az/single/427 http://www.anl.az/down/meqale/525/2018/fevral/579223.htm Poetika.izm Bakı: "Elm və Təhsil. 2018/№ 4. səh. 214.

İstinad

Kateqoriya:AMEA Ədəbiyyat İnstitutu Kateqoriya:Azərbaycan jurnalları Kateqoriya:2014-cü ildə Azərbaycanda yarananlar