Birinci Dünya müharibəsinin bitməsindən sonrakı, Ermənistan-Azərbaycan müharibəsi (1918-1920) və Rusiya Vətəndaş Müharibəsi zamanı azərbaycanlılarla ermənilər arasında münaqişə davam etməkdə idi. Nəticədə İrəvan quberniyasının əsasını Azərbaycan türkləri təşkil edən müsəlman əhalisinin çoxu öz yerlərini tərk etməyə məcbur olmuşdu. Bu qırğınların və qaçqın düşmənin səbəbi erməni silahlı dəstələrinin və qeyri-nizamı birləşmələrin azərbaycanlılara qarşı yürütdükləri siyasət və Ermənistan hökumətinin regionu "yenidənerməniləşdirmə" layihəsini işə salması idi. 1918-ci ildən başlayaraq erməni dəstələri Zəngəzur qəzasında yaşayan minlərlə azərbaycanlını qətlə yetirməyə və ya qaçqın etməyə başladı. Onların yaşayış məskənləri "rearmenizasiya" siyasətinin həyata keçirilməsi üçün dağıdıldı. Erməni hökumətinin bu siyasəti Azərbaycan hökumətini Zəngəzurda hərbi əməliyyatlara başlamağa məcbur etdi. Nəticədə, Azərbaycan Ermənistandan gələn minlərlə qaçqını qəbul edib yenidən məskunlaşdırdı. Bu proseslər zamanı öldürülənlərin ümumi sayı akademik olaraq mübahisə qaynağı olaraq qalmaqdadır. Ermənistan müstəqilliyini əldə edənə qədər burada azərbaycanlıların və ya Azərbaycan türklərinin sayı 10 min nəfərdən çox idi. Halbuki 1897-ci ildə hələ Azərbaycan türklərinin üstünlükdə olduğu Zəngəzur istisna olmaqla, İrəvan quberniyasında 313 mindən çox müsəlman yaşamaqda idi. Zəmin Rusiya imperiyası Cənubi Qafqazın işğalını 1828-ci ildə ikinci dəfə Qacar imperiyası üzərində qələbə qazanaraq tamamladı. Bu qələbədən sonra bölgəyə qalıcı olaraq gəldiyi qəti şəkildə bəlli olan Rusiya imperiyası özü üçün yeni inzibati vahidlər yaratmaqla birlikdə, həm dini, həm də etnik bağlar əsasında ruslara ənənəvi düşmən olan qonşu imperiyalar ilə – Osmanlı və Qacar – güclü əlaqəyə sahib yerli əhali arasında “demoqrafik mühəndisliyə” başladı. Ümumiyyətlə, Rusiya imperiyası müsəlman dünyası ilə sərhəddə xristianların məskunlaşdırılmasını özü üçün daha təhlükəsiz hesab edirdi. Bu siyasət özünü doğrultmuş, təxminən Cənubi Qafqazın işğal edilməsindən keçən 80 illik müddətdən sonra çar II Nikolaya yazdığı məruzədə Qafqaz canişini Knyaz Vorontsov-Daşkov bildirirdi:

Zati-aliləri xəbərdardır ki, Qafqaz bölgəsində Türkiyə ilə münasibətlərimizin tarixi boyunca, [hələ] Böyük Pyotrun dövründən rus siyasəti bizə müharibələr zamanı öz yardımları ilə cavab vermiş ermənilərə iltifata əsaslanmışdır.

XIX əsrin əvvəllərinə qədər bölgəni idarə etmiş Səfəvi imperiyasının (daha sonra da Qacar imperiyası) keçirdiyi siyahıyaalmalar günümüzə qədər gəlib çatmamışdır. Qacarlar imzalanmış Türkmənçay müqaviləsinə görə əllərində olan vergi sənədlərini ruslara verməyə məcbur olsalar da, Rusiya bölgə barədə daha ətraflı məlumat əldə etmək ehtiyyacı hiss edirdi. Bunun üçün vəzifələndirilmiş İvan Şopen 1829-cu ildə statistika komandası ilə birlikdə bölgəyə gəlmiş və bölgədəki statistik göstəriciləri qeydə almışdır. Şopenin hazırladığı hesabat bölgənin rus işğalından əvvəlki və sonrakı göstəriciləri barədə sahib olduğumuz yeganə etibarlı qaynaqdır (Bournoutian, 1981: 2). Şopenin apardığı hesablamalara görə bölgənin ruslar tərəfindən ələ keçirilməsinə qədər orada yaşayan müsəlmanların ümumilikdə sayı 117.849 min olmuş, lakin rus hakimiyyətinin gəlməsi ilə onların sayında 35 min azalma olmuşdur. Bu azalmanın səbəbi ənənəvi hakimiyyət dəyişdiyi üçün bölgəni tərk edən hərbi və mülki administrasiya ilə birlikdə döyüşdə öldürülənlərdir.

Rusiya hakimiyyətindən əvvəlki anda bölgədə yaşayan ermənilərin sayı isə 1826-cı ilin göstəricilərinə görə, İrəvan xanlığı ərazisində cəmi 20.073, Naxçıvan xanlığı ərazisində cəmi 2.690, Ordubad ərazisində isə 2.388 nəfər təşkil etməkdə idi. Beləliklə, rus işğalına qədər gələcəkdə Erməni oblastı təşkil ediləcək bölgədə ümumilikdə 143 min insan yaşamaqda idi və onlardan yalnız 25.151 nəfəri, yəni təxminən əhalinin cəmi 21 faizi erməni idi.

Qacarlarla müharibə zamanı özlərini müsəlman hakimiyyətindən qurtarmağa və rus hakimiyyəti altına keçirməyə çalışan erməni dəstələri rus ordusu tərəfindən döyüşlərdə iştirak etmişdi (Bournoutian, 2018: 20). Görünür həm ermənilərin belə xidmət etməyə həvəsli olmalarından, həm də bölgədə gələcəkdə Osmanlı və ya Qacar imperiyaları ilə yeni müharibənin meydana çıxma təhlükəsindən ehtiyyatlanan ruslar demoqrafik mühəndislikdən yararlanmaq qərarına gəlirlər. Nəticədə, Qacarlarla imzalanmış Türkmənçay müqaviləsinin XV maddəsi ilə Qacar imperiyasında yaşayan ermənilərin Arazın şimalına keçmələri, öz daşınmaz əmlaklarını satmalarına icazə verilməsi təmin edilir. Bu müqavilə imzalanan zaman Rusiya bölgədəki ənənəvi güclərdən bir digəri olan Osmanlı müharibəsi ilə müharibə vəziyyətində idi. 1829-cu ildə bu müharibə də Rusiya imperiyasının qələbəsi ilə başa çatdı və Ədirnə müqaviləsi imzalandı. Osmanlı imperiyası Rusiyanın faktiki olaraq Türkmənçay müqaviləsinin şərtlərini qəbul etdi (Tucker, 2010: 1154) Osmanlı imperiyasının məğlub olması ilə də bölgəyə ikinci bir erməni köçü dalğasının əsası qoyuldu. Beləliklə, 1832-ci ilə gəlindiyi zaman bölgədəki ermənilərin ümumilikdə sayı dəfələrlə çoxalmış və 82.377 nəfərə çatmışdır. Müsəlmanların sayı isə 1826-ci il ilə müqayisədə dramatik şəkildə azalaraq 82.073 nəfər olmuşdur. Corc Bournoutian müharibələrdən sonra bölgəyə Qacar imperiyasından 35.560, Osmanlı imperiyasından isə 21.666 nəfərin gəldiyini yazır, bir digər erməni müəllif Aram Arkun müharibələrdən sonra Qacar imperiyasından 45.000 nəfərin, Osmanlı imperiyasından isə 100.000 erməninin Rusiya hakimiyyəti altına köç etdiyini yazmaqdadır. Tarixçi Məmmədov bunu belə dəyərləndirir:

İvan Şopenin təqdim etdiyi Erməni oblastının statistik göstəriciləri ilə bu uyğun gəlmədiyi üçün belə hesab edə bilərik ki, köç edən ermənilər Erməni oblastı ilə yanaşı, Cənubi Qafqazın digər yerlərində də məskunlaşmışdırlar. Beləliklə, bizim qənaətimizcə, Bournoutianın göstərdiyi rəqəmlər yalnız Erməni oblastına gələnlərin, Aram Arukanın göstərdikləri isə ümumilikdə Qafqaza və ya imperiyanın digər ərazilərinə gələnləri əsk etdirir. Gümanki Qafqazın və ümumiyyətlə, imperiyanın bir çox şəhərlərindəki erməni icmalarının kökünü bu yolla izah etmək mümkündür.

1826-1832-ci illəri ümumiləşdirmək üçün deyə bilərik ki, 1826-cı ildə bölgə əhalisinin təxminən 80 fazini təşkil edən müsəlmanlar müharibədə öldürülmə, köçə məcbur edilmə və ya könüllü şəkildə köç etmə nəticəsində azalaraq 49.91 %-ə (Bournoutian, 2018: 20) düşərkən, qonşu imperiyalardan erməni köçünün Rusiya imperiyası tərəfindən təşviq edilməsi nəticəsində ermənilər təxminən 21 %-dən 50.09 %-ə yüksəlməyi bacarmışdır. Davam edən erməni köçləri və 1897-ci il siyahıyaalması

Beləliklə, ermənilər 1826-cı ildə İrəvan xanlığının 15 mahalından yalnəz 3-də, Naxçıvan xanlığının 10 mahalından isə yalnız 1-də çoxluğa sahib olsalar da , Rusiya imperiyasının XIX əsr boyunca Osmanlı imperiyası ilə başladığı hər müharibədən sonra Qafqaz regionuna olan erməni köçlərinin sayının durmadan artması nəticəsində bu nisbət onların xeyrinə dəyişməyə davam etmişdir. Xüsusən Krım müharibəsi (1853-1856), 1877-1878-ci illər Rusiya-Osmanlı müharibələrindən sonra Anadolu bölgəsində yaşayan ermənilərin çoxsaylı köçü yaşanmışdı. XIX əsrin II yarısında Anadoludakı varlı erməni gənclərinin Avropa ilə tanış olması o dönəmdə Avropada geniş yayılmış millətçiliyin bu icma daxilində intişar tapmasına yol açdı. Yayılan bu millətçilik hissi Anadoluda erməni üsyanlarına səbəb oldu və üsyanlar da öz növbəsində Qafqaza doğru yeni erməni köçlərinə rəvac verdi. Bu üsyanlar Osmanlı ordusu tərəfindən yatırıldıqdan sonra üsyançı ermənilərin bir çoxu öz havadarları olan Rusiya imperiyasının ərazisinə köçmüş,, eyni zamanda da bu prosesi Qafqazdakı müsəlman əhalinin Anadoluya köçü izləmişdir.

Azərbaycandan köç edən müsəlman əhali içərisində xüsusən sünnilər üstünlük təşkil edirdi. Osmanlı imperiyasının sünniliyin əsas mərkəzi hesab edilməsi, Xəlifə dövləti və Rusiyanın bölgədəki əsas düşməni olmasına görə, bölgədəki sünnilərin daha artıq təzyiq altında olmuşdur. Məsələn, natamam şəkildə olsa da, 1830-cu illərdə aparılmış hesablamaya görə Arazın şimalındakı müsəlmanlar yaşayan torpaqlarda sünnilərlə şiələrin sayı bərabər, hətta sünnilər bir qədər çox olsa da, 1848-1860-cı illərdə bölgədən güclü sünni köçü yaşanmış, nəticədə 2:1 nisbətinə şiələrin xeyrinə vəziyyət formalaşmışdır. Şimali Qafqazın Rusiya tərəfindən işğalının tamamlanmasına yaxın ərəfədə, yəni 1863-1864-cü illərdə Şimali və Cənubi Qafqazdan 220.000 insan köçmüşdür. Köç edən yüz minlərlə insanın sırasına Naxçıvan, İrəvan bölgəsindən olan sünnilərdən də daxil olduğunu güman edilir.

Bütün bu proseslər nəticəsində ermənilər əsrin sonlarında bir sıra yerlərdə çoxluğu təşkil etməyə başladılar. Bu Rusiya imperiyasında keçirilən ilk mərkəzləşdirilmiş siyahıyaalma olan 1897-ci il siyahıyaalmasından da görülür. Siyahıyaalmanın nəticəsi belə idi:

+İrəvan quberniyasının qəzalarının adlarıAzərbaycan türkləriErmənilərRuslarİrəvan qəzası77.491  58.148 3.713Aleksandropol qəzası7.832    141.522  6.836Naxçıvan qəzası64.151  34.672 1.014Yeni Bəyazid qəzası34.726     81.285 2.716Sürməli qəzası41.417    27.075 1.361Şərur-Dərələyəz qəzası51.560  20.7260.122Üçmüədzin qəzası35.999   77.572  0.175 Ümumi göstəricilər:

Azərbaycan türkləri – 313.176     Ermənilər – 441.000 Ruslar – 15.937

1828-1897-ci ildə baş vermiş ümumi dəyişikliklər 300px|thumbnail|Tanınmış İrəvan azərbaycanlıları:1. Abdulla xan Makinski (Xanbaba xan Sərdar İrəvaninin oğlu) 2. Şükür xan Makinski 3 Abbasqulu xan İrəvanski, Pana xan Makinski 5. Ağamalı ağa Məlik-Ağamalıyev 6. Mirzə Cabbar bəy Qazıyev 7. Georgi Yegizarov 8. Bala bəy Alıxanov Ordubadi 9. Mirzə ismayıl 10. Hacı bəy Bağırbəyov 11. Şükür bəyin mühafizəçisi Əsəd bəy 12. Bala Sultan Şadlınski (Vedi). Rus işğalından qısa müddət əvvəl bölgədə yaşayan ermənilərin müsəlmanlara nisbəti cəmi 21 faiz ikən bir neçə il ərzində baş verən köçlər, yerli müsəlman əhalinin qonşu imperiyalara miqrasiyası nəticəsində dramatik şəkildə dəyişmiş və 1832-ci ildə 50.09 faizə yüksəlmişdir. Maraqlısı budur ki, ermənilərin belə sürətli şəkildə artımı XIX əsrdə demək olar ki, heç durmadan davam etmiş, Rus-Osmanlı müharibələri, ardınca da Anadoludakı erməni üsyanları nəticəsində daha da sürətlənmişdir. Beləki, 1897-ci ildə aparılmış ilk ümumrusiya mərkəzləşdirilmiş siyahıyaalmasına görə, bölgədəki erməni sayı təxminən 70 illik müddət ərzində aşağı-yuxarı 18 dəfədən çox artaraq 25.151 nəfərdən 441.000 nəfərə çatmışdır. Bu qeyri-təbii şəkildə artım nəticəsində İrəvan quberniyasının 7 qəzasının 3-də çoxluğu təşkil edə bilmiş, hətta Aleksandropol qəzasında erməni sayı türk sayının təxminən 18 qatı, Üçmüədzin qəzasında isə iki qatı olmuşdur. Beləliklə, XIX əsrin ortalarında ermənilər bölgədə etnik əksəriyyəti təşkil etməyə başladılar.

Qısa şəkildə ümumiləşdirsə, təxminən 70 illik rus hakimiyyəti nəticəsində  keçmiş İrəvan və Naxçıvan xanlıqları bölgələrində yaşayan  müsəlmanların faiz göstəriciləri təxminən 80 faizdən 37 faizə qədər geriləmişdir. Lakin proses hələ davam edirdi və gələcəkdə bu yoxolmanın daha sürətlənəcəyi dövrlər olacaqdı.

Hadisələr Qarabağ münaqişəsi üzrə ixtisaslaşmış araşdırmaçı olan Tomas de Vall yazır ki, Anadoludakı erməni problemindən sonra Ermənistandakı azərbaycanlılar bunun ziyanını görməyə başladılar. O, əlavə edir ki, Ermənistan parlamentində 3 azərbaycanlı nümayəndənin olmasına baxmayaraq, onlar "türk beşinçi kolonu"nun üzvü kimi münasibət görürdülər. Birinci Dünya müharibəsinin sonlarında, Azərbaycan-Ermənistan müharibəsində və Rusiya Vətəndaş müharibəsində erməni və azərbaycanlı icması bir-birlərinə qarşı münaqişə içində idilər. Ermənistan Respublikasının əsas hissəsini təşkil edən İrəvan quberniyasında 1919-cu ilə kimi ciddi miqdarda azərbaycanlı icması yaşamaqda idi, lakin onların çoxu qısamüddət ərzində "yox edildilər".

Britaniyalı jurnalist C.E. Bechhofer 1920-ci ilin aprel ayındakıə vəziyyəti təsvir edərkən bu sözləri yazır: