Lina Heydrix () ― Reyx Təhlükəsizliyinin Baş İdarəsinin rəhbəri və Nasist Almaniyasında mərkəzi fiqur olan Reynhard Heydrixin həyat yoldaşı. Kiçik alman aristokratının qızı (atası kənd məktəbində müəllim işləyirdi) olan Lina von Osten 1929-cu ildə Nasist Partiyasına qoşulmuş və 1930-cu ilin dekabrında Reynhard Heydrix ilə tanış olmuşdur.
Həyatı
Nasist partiyasına üzvlük Linanın böyük qardaşı Hans Nasist Partiyasına qoşulmuşdu və nasist hərbi birləşməsi olan Hücum dəstələrinin (SA) üzvü idi. Lina onun təsiri ilə 1929-cu ildə Adolf Hitlerin danışdığı bir partiya mitinqində iştirak edir və qısa müddətdən sonra Nasional Sosialist Alman Fəhlə Partiyasına qoşulur. (Üzvlük bileti № 1 201 380)
Lina 6 dekabr 1930-cu ildə, 19 yaşında Kildə avarçəkmə klubunun balında iştirak edir və orada o vaxt dəniz leytenantı olan Heydrixlə tanış olur. 18 dekabr 1930-cu ildə nişanlandıqlarını elan edən cütlük 26 dekabr 1931-ci ildə evlənmişdir.
Ailə Cütlüyün Klaus (17 iyun 1933-cü il təvəllüdlü) və Heider (23 dekabr 1934-cü il təvəllüdlü) adlarında iki oğlu və Silke adlı qızı (9 aprel 1939-cu il təvəllüdlü) dünyaya gəlmişdir. Onların dördüncü övladı, Marte adlı qızları (23 iyul 1942-ci il təvəllüdlü) isə Reynhard Heydrixin ölümündən qısa müddət sonra anadan olub. Klaus 24 oktyabr 1943-cü ildə yol qəzası nəticəsində ölüb.
Müharibədən sonra Lina Heydrix müharibə bitdikdən sonra denazifikasiya prosesi zamanı olduğu mövqelərdən uzaqlaşdırılır. O, daha sonra 1956 və 1959-cu illərdə Qərbi Almaniya hökumətinə qarşı açdığı bir necə məhkəmə işi nəticəsində pensiya almaq hüququ qazanır. Onun həyat yoldaşı xidmət zamanı öldürülmüş alman polis generalı olduğu üçün o böyük pensiya almaq hüququna sahib idi, lakin hökumət daha əvvəl Heydrixin Holokostdakı roluna görə pensiyanı ödəməkdən imtina etmişdi. Lina Heydrix Çexoslovakiyada qiyabi olaraq mühakimə olunaraq ömürlük həbs cəzasına məhkum edilsə də, bundan yayınmışdır.
O 1965-ci ildə Finlandiyaya tətil səfərində olarkən fin teatr rejissoru Mauno Manninen ilə tanış olmuş və soyadını dəyişdirmək məqsədilə onunla evlənmişdir. Manninen 1969-cu ilin sentyabrında vəfat etmişdir.
1976-cı ildə Lina Heydrixin Leben mit einem Kriegsverbrecher (Müharibə Cinayətkarı ilə Həyat) adlı xatirə kitabı nəşr edilmişdir. O 14 avqust 1985-ci ildə Fehmarnda 74 yaşında ölənə qədər birinci ərinin şöhrətini müdafiə etmişdir.
Mənbə
İstinadlar
Ədəbiyyat
Əlavə oxu
Kateqoriya:Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvləri