İvan Qavriloviç Aleksandrov (; ) — SSRİ energetiki və hidrotexniki, SSRİ EA akadamiki (1932). 1921-ci ildən SSRİ Dövlət Plan Komitəsi Rəyasət Heyətinin üzvü olmuş, QOELRO planının tərtibində iştirak etmiş, Dnepr SES-in və digər hidrotexniki qurğuların layihəsini hazırlamışdır. Orta Asiyanın elektrikləndirilməsi üçün baş sxemin və Baykal–Amur magistralı tikintisi planının hazırlanmasında iştirak etmişdir. "Lenin" ordeni və "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur.

İstinadlar

Əlavə ədəbiyyat Памяти Ивана Гавриловича Александрова // Вестник Академии наук СССР. — 1936. — № 6. — С. 36. «Известия», 1936, 4 мая «Электричество», 1936, № 10 (статьи: Б. Веденеева и Б. Кузнецова)

Kateqoriya:SSRİ iqtisadçıları Kateqoriya:Rusiya coğrafiyaşünasları Kateqoriya:SSRİ mühəndisləri