Axalkələk qəzası və ya Axalkalaki qəzası (rus. Ахалкалакский уезд) — Rusiya imperiyasının Qafqaz canişinliyinin Tiflis quberniyasına daxil olan qəzalardan biri. Rusiya imperiyası dağıldıqdan sonra Gürcüstan Demokratik Respublikasının ərazilərindən birinə çevrilmiş və inzibati mərkəzi Axalkələk (müasir Axalkalaki) şəhəri olmuşdur. Qəza şimaldan Qori qəzası, şərqdən Borçalı qəzası, cənubdan İrəvan quberniyasının Aleksandropol qəzası, Qars və Ərdahan dairələri ilə, qərbdən Axalsıx qəzası ilə sərhəd olmuşdur. Bu qəzanın ərazisi təxminən müasir Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinin sərhədləri ilə üst-üstə düşür.

Qəzada ən çox yaşayan etnoslardan biri də Azərbaycan türkləri olmuşdur. 1897-ci ildə aparılmış siyahıyaalma zamanı məlum olmuşdur ki, qəzada yaşayan millətlər arasında Azərbaycan türkləri ikinci yerdədir.

Relyefi Qəzanın bütün ərazisi hündürlükdə yerləşməkdə idi və ən aşağı yeri cənub-qərbdəki Kür vadisi idi. Bu vadi Axalkələk qəzası ilə Axaltsıx qəzasının sərhədini təşkil etməkdə idi. Şimalda yerləşən Çaldır silsiləsi də sərhəd kimi xidmət göstərirdi, daha sonra dağlar şərqə doğru yönəlir və Madataplı silsiləsini təşkil edirdi. Şərq sərhədləri boyunca Tsixejvar silsiləsi mövcud idi və onun ən hündür yeri Qodoberi (3.200 m) zirvəsi idi. Dağların çıxıntıları qəzanın içlərinə doğru yönəlirdi və dağ platolarını ayırırdı. Bu ayrılma da öz növbəsində qəzanın özünün inzibati bölgüsünün məntiqi əsaslarını təşkil edirdi. Dağlar içərisində ən geniş və ən hündürü mahalın şərqindəki Duxoborye (dəniz səviyyəsindən təxminən 2000 m yüksəklikdə) idi.

Qəzada bir neçə əhəmiyyətli göl var idi: Toporovan, Xonçalı, Mədətənə.

Tarixi O zamanlar Axaltsix qəzasının bir hissəsi olan Axalkələk qəzasının ərazisi 1828-ci il Rusiya-Türkiyə müharibəsindən sonra Rusiya İmperiyasının Kutais quberniyasının tərkibinə daxil oldu. 1874-cü ilə qədər Axalkələk qəzası indiyədək daha böyük olan Axaltsix qəzasından ayrıldı və Tiflis quberniyasının bir hissəsi oldu.

Rusiya imperiyası parçalandıqdan sonra qəza qısaömürlü Gürcüstan Demokratik Respublikasının ərazisinə daxil edildi. Lakin bu qəzanın ərazisin Ermənistan Demokratik Respublikası da iddia edirdi. Elə buna görə də, qəza üzərində hakimiyyət iki ölkə arasında mübahisəyə səbəb oldu.

Bölgə 1918-ci ildə Osmanlı imperiyası orduları tərəfindən ələ keçirilmişdir. Lakin Birinci Dünya müharibəsindəki məğlubiyyətdən sonra imzalanmış Mudros atəşkəs müqaviləsinə görə, Osmanlı ordusu geri çəkilməyə məcbur olmuşdur.

Lord Kerzon Paris Sülh Konfransında müstəqil Zaqafqaziya respublikalarının taleyi ilə bağlı müzakirələr zamanı Tiflis quberniyasının cənub-qərb qəzalarında etnoqrafik vəziyyəti belə qiymətləndirirdi:

Ona görə də milli mənsubiyyətinə görə bu rayonlar Ermənistana aid olmalıdır, lakin strateji baxımdan Gürcüstanın ürəyinə hakimdirlər və bütövlükdə onları Gürcüstana təhvil vermək, və onların erməni sakinlərinə cənub-qərbə doğru ermənilərə ayrılmış geniş ərazilərə köçmək imkanı vermək ədalətli görünür

İnzibati hissələri 1913-cü ildə Axalkələk qəzasımna daxil olan məntəqələr bunlar idi: Name1912 populationAreaBaraletski məntəqəsi ()51,061Boqdanovski məntəqəsi ()41,331 1913-cü ildə qəzada mövcud olan 11 kənd məclisləri bunlar idi: Araqva (mərkəzi Araqva) Baraleta (mərkəzi Baraleta) Barevan (mərkəzi Alastan) Vaçian (mərkəzi Böyük Kondura) Qoreloye (mərkəzi Qoreloye) Diliska (mərkəzi Diliska) Karzax (mərkəzi Karzax) Satxa (mərkəzi Satxa) Spas (mərkəzi Spas) Xertvis (mərkəzi Xertvis) Eştia (mərkəzi Eştia)

Demoqrafik göstəricilər

1887-ci ildə Göstəricilər: +İlÜmumi əhali sayıErmənilərAzərbaycan türkləri (və ya o dövrki adlandırma ilə tatarlar) GürcülərRuslar, ukraynalılar və beloruslarOsetinlərAvar-andi-sez dillərində danışan xalqlarYunanlarPolyaklarKürdlər188759 49642 301 (71,1 %)6 082 (10,22 %)3 690 (6,2 %)5 617 (9,44 %) --- --- 62 (0,1)3 (0,01 %)689 (1,16 %)

Rus imperiyasının siyahıyaalması 1897-ci ildə Rusiya imperiyasının keçirdiyi siyahıyaalmaya görə, Axalkələk qəzasının əhalisi 72.709 nəfərdən ibarət olmuşdur. Onlardan 37.903 nəfəri kişi, 34.806 nəfəri isə qadınlar idi. Əhalinin əsas hissəsini ermənilər təşkil etsə də, burada xeyli miqdarda Azərbaycan türkü, gürcü və rus da yaşamaqda idi. +1897-ci ildə Axalkələk qəzasının linqivistik göstəriciləriDilO dildə danışanlar%Erməni dili52,53972.26Azərbaycan türkcəsi6,5729.04Gürcü dili6,4488.87Rus dili5,1557.09Kürd dili8101.11Türk dili2960.41Ukrayn dili2860.39İvrit dili2110.29Polyak dili1450.20Litva dili870.12Yunan dili750.10Alman dili400.06Belarus dili120.02Avar dili60.01Osetin dili40.01Çeçen dili30.00Meqrel dili30.00Fars dili30.00Rumın dili30.00Başqa110.02Ümumi72,709100.00

Qafqaz təqvimi 1917-ci ildə nəşr edilən Qafqaz təqviminə görə, 1916-cı ildə Axalkələk qəzasında ümumi əhalinin sayı 107.173 nəfər olmuş, onlardan 56.140 nəfəri kişi, 51.033 nəfəri isə qadın olmuşdur. Ümumi əhali içərisində 106.307 nəfər daimi sakin, 866 nəfər isə müvəqqəti sakin statusunu daşımışdır. MilliyyətŞəhər əhalisiKənd əhalisiÜmumiSay%Say%Say%Ermənilər6,15187.1976,62476.5382,77577.23Gürcülər2653.7610,03910.0310,3049.61Ruslar4296.087,1137.107,5427.04Türklər və tatarlar00.005,4315.425,4315.07Kürdlər00.009040.909040.84Yəhudilər2042.8900.002040.19Avropalılar60.0970.01130.01Ümumi7,055100.00100,118100.00107,173100.00

Qeydlər

Həmçinin bax Axalsıx qəzası Tiflis quberniyası

İstinadlar

Mənbə

Kateqoriya:Tiflis quberniyası