Fransisko Muniz IV (; ) — ABŞ aktyoru. 2000–2006-cı illərdə Fox telekanalında yayımlanan "Ortancıl Malkolm" sitkomundakı baş rolu ilə məşhurlaşıb. Serialdakı ifasına görə "Emmi" və "Qızıl Qlobus" mükafatlarına namizəd göstərilib. Televiziyadan əlavə o, "Deuces Wild", "Big Fat Liar", "Agent Cody Banks" və "Racing Stripes" filmlərində çəkilmişdir.

2008-ci ildə o, yarış avtomobili sürücüsü olmaq üçün aktyorluğa fasilə verdi. O, hətta Atlantic Championship adlı yarış çempionatında da iştirak etmişdir.

Həyatı Fransisko Muniz IV 5 dekabr 1985-ci ildə Nyu-Cersi ştatının Vud-Ric şəhərində anadan olub. Onun anası Denis tibb bacısı, atası Fransisko Muniz III isə restoran meneceri olub. Munizin anası yarı irland yarı italyan, atası isə Asturiya mənşəli puerto-rikoludur. Onun Kristina adlı böyük bacısı var. Muniz dörd yaşında ikən valideynləri ilə birlikdə Şimali Karolinanın Naytdeyl şəhərinə köçüb. O, səkkiz yaşında ikən Rolidəki istedad müsabiqəsində kəşf edilib. Onun valideynləri boşandıqdan sonra o, anası ilə birlikdə Kaliforniyanın Burbank şəhərinə köçüb. Altıncı sinifdən başlayaraq anası tərəfindən evdə təhsil almışdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ aktyorları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:ABŞ prodüserləri Kateqoriya:ABŞ musiqiçiləri Kateqoriya:ABŞ televiziya aktyorları Kateqoriya:Uşaq aktyorlar