Mario Balotelli Barvuah () — İtaliya A Seriyası klublarından "Cenoa"da hücumçu kimi çıxış edən italiyalı peşəkar futbolçu.

O, karyerasına Lumezzanda başlayıb. Barselona infrastrukturunda əvvəllər iki dəfə baxışdan keçib. O, 2007-ci ildə İtaliyanın nüfuzlu klublarından "İnter" lə müqavilə imzalayıb. Balotellini komandaya gətirən Roberto Mançini olub, lakin o, Balotellinin intizamsız davranışına görə komandadan getmək qərarına gəlib. Balotelli yeni baş məşqçisi José Mourinho ilə çətin və çox yaxşı olmayan münasibətdə idi. Onun problemləri 2010-cu ilin martında İtaliyanın Striscia La Notizia televiziya şousunda çıxış edərək Milanın tərəfdarı olduğunu deməsi ilə daha da böyüdü. Bu idman medyasında o dönəmlər böyük qalmaqala səbəb oldu. Bu hadisə onun "İnter"dəki uzun karyerası ehtimalına son qoydu. Belə ki, azarkeşlər onun klubda qalmağını boykot etməyə başladılar. Balotelli 2010-cu ilin avqustunda "Mançester Siti" ilə müqavilə imzaladı və karyerası müəmmalı şəkildə sürprizlərlə davam etdi.

Balotelli ilk dəfə 2010-cu ilin avqustunda Kot-d’İvuar ilə yoldaşlıq oyununda İtaliya milli futbol komandasının formasını geyinib.

Karyera 5 yaşında San Bartolomeoda futbol oynamağa başladı və 12 yaşında Lumezzan futbol akademiyasında davam etdi. Mario çox sürətlə inkişaf etdi və bir neçə ildən sonra akademiyadakı oyunuyla özünü sübut edərək A komandasına yüksəlməyə nail oldu. 2006-cı ilin aprelində, 15 yaşında, C1 Seriyasına yüksələn komandada meydana çıxdı. Lumezzane ilə ilk rəsmi oyununu Padova ilə keçirdi.

İnter Həmin ilin iyununda o, ögey qardaşının təşəbbüsü ilə baxışdan keçmək üçün Barselonaya getdi. O, 3 matçda 8 qolla "Barselona"nın diqqətini çəksə də, Marionun vətəndaşlıq statusu ilə bağlı qeyri-müəyyənlik problemlər yaradıb. 18 yaşına qədər Mario Balotelli ailəsinin rəsmən oğlu hesab edilmirdi, o, qanalı sayılırdı. Bununla belə, İtaliya klubları onunla maraqlanırdı. Onun uğrunda İtaliyanın “Fiorentina” və “İnter” gərgin mübarizə aparıb və sonda qalib gələn komanda “mavi-qaralar” olub. Milan şəhəri onun evinə daha yaxın idi və "İnter" onu hər gün məşqdən sonra Konsesiodakı evinə buraxacağına söz vermişdi. Gənclər komandasında bir mövsüm keçirdikdən sonra o, Viareçioda gənclər arasında keçirilən turnirdə “İnter”in gənclərdən ibarət komandasına rəhbərlik edib. Balotelli ilk dəfə 16 dekabr 2007-ci ildə A komandasının formasını geyindi. Baş məşqçi Roberto Mançini onu 90-cı dəqiqədə "İnter"in "Kalyari" üzərində 2:0 hesablı qələbəsi ilə nəticələndi. Üç gün sonra Reccina ilə kubok matçında o, səfərdə ilk 11-də olub və 2 qol vurdu. Balotelli bir ay sonra İtaliya Kubokunun 1/4 final revanşında "Yuventus"a qarşı oynamaq şansı əldə etdi. O, "İnter"in 3:2 hesablı qələbəsində əsas isim olub. O, A Seriyasında ilk qolunu 6 aprel 2008-ci ildə Atalanta ilə səfər matçında 2-0 vurdu. right|thumb|240x240px| Zlatan İbrahimoviç və Balotelli (sağda) Balotelli 4 Noyabr 2008-ci ildə UEFA Çempionlar Liqasında Kiprin Anortosis Famaqusta komandasına qol vurdu və 18 yaş 85 günlük yaşında "İnter Milan"ın UEFA Çempionlar Liqasında qol vuran ən gənc oyunçusu oldu. Bundan əvvəlki rekord 18 il 145 günlə Obafemi Martins məxsus idi. 2009-cu ilin aprelində 1-1 hesablı heç-heçə ilə bitən matçda "İnter "də oynayarkən "Yuventus" a qol vurduqda, "Yuventus" azarkeşləri " Balotelliyə qarşı irqçi şüarlar səsləndirdilər. Nəticədə "Yuventus" İtaliya Futbol Federasiyası tərəfindən bir neçə oyunluq tamaşaçısız matç keçirmə cəzası almışdır.

Mançester Siti 2010-11 mövsümündən əvvəl 20 yaşında "Mançester Siti" yə transfer olunub. "Mançester Siti" klubunun rəsmi saytında yer alan açıqlamada Balotelli ilə 5 illik müqavilə imzalanıb.

Balotelli 2010-cu il oktyabrın 2-də həbsxanada qadın palatasına basqın etməyə cəhd etdikdən sonra saxlanılıb və yarım saat sonra sərbəst buraxılıb. Bu xəbər İngiltərə medyasında günlərcə tirajlanmış və beləcə onun nüfuzuna xələl dəyməsi ilə bağlı Balotelli yerli nəşriyyatları məhkəməyə şikayət edəcəyini açıqlamışdı.

Balotelli sonuncu dəfə İngiltərə Kubokunun 3-cü mərhələsində "Uotford"la qarşılaşacaq "Siti"nin məşqi zamanı Mançini ilə dava edib.

Milan O, 2012-13 mövsümündə "Milan" a transfer olunub. Roberto Mançini ilə yaşadığı problemlərə görə "Mançester Siti"dən ayrılmağa qərar verilib. Mario Balotelli "İnter" də oynayarkən dostları arasında klubun rəqibi " Milan" ın formasını geyindiyi zaman gündəmə gəlib. Bu hərəkəti İnterin tarixi azarkeş qruplarından olan Curva Nord-u narahat etmişdi və onlar klubu Balotellini komandadan qovmağa çağırmışdılar. O, 2013-cü ildə AC Milan ilə müqavilə imzalayıb. "Milan" Balotellinin 45 nömrəli formanı geyinəcəyini açıqlayıb. O, Milan forması ilə ilk rəsmi matçında 2 qol vurub.

Liverpul O, 2014-15 mövsümündə 19,24 milyon funt-sterlinqə İngiltərənin Liverpul klubuna transfer olunub.

“Tottenhem” matçında vurduğu tək qol ona transfer qiyməti və 90 min funt-sterlinq həftəlik maaşı da daxil olmaqla 19,24 milyon funta başa gəlib.

Nitsa 31 avqust 2016-cı ildə yay transfer pəncərəsinin son günü Balotellinin Fransa Liqa 1-ində çıxış edən "Nitsa"ya pulsuz transferlə keçdiyi açıqlandı.

Olimpik Marsel 23 yanvar 2019-cu ildə Balotelli "Fransanın Liqa 1 klublarından Nitsa" ilə müqaviləsinə xitam verdi və "Marsel"lə mövsümün sonuna qədər müqavilə imzaladı.

Breşia 18 avqust 2019-cu ildə Balotelli pulsuz olaraq İtaliya Seria A komandalarından Breşiyaya keçdi və klubla 3 illik müqavilə imzaladı.

Brescia 2019-20 Serie A mövsümünün sonundaİtaliyanın B Seriyasına düşdü, buna görə də onun müqaviləsinin avtomatik yenilənməsi seçimi aktivləşdirilmədi və Balotelli 2020-ci ilin iyun və iyul aylarında dəfələrlə məşqləri buraxdıqdan sonra müqaviləyə xitam verildi. Məşqləri buraxmağı onun yüksək çəki almağına səbəb olmuşdu.

2020-ci ilin noyabr ayında azad agent olduğu zaman Balotelli evinin yaxınlığında Serie D (4-cü liqa) Franciacorta komandası ilə məşq etdi.

Monza 7 dekabr 2020-ci ildə Balotelli Milandan keçmiş komanda yoldaşı Kevin-Prins Boatenq və məşqçi Kristian Brokçinin də olduğu və Silvio Berluskoninin də sahibi olduğu Serie B Monza komandasına yeddi aylıq müqavilə ilə transfer edildi. 1 may 2021-ci ildə Balotelli təxminən bir ay meydandan kənarda qaldıqdan sonra Salernitana qarşı qol vurdu. Balotelli məqşlərə etinasız yanaşması ilə diqüət çəkdi və Monzada öz formunu qoruya bilmədi

Adana Dəmirspor thumb| Balotelli Antalyaspor - Adana Dəmirspor matçında 7 sentyabr 2021-ci ildə "Adana Dəmirspor" ilə 3 illik müqavilə imzalayıb.

21 sentyabr 2021-ci il tarixində keçirilmiş Beşiktaş - Adana Dəmirspor matçında Balotelli 67-ci dəqiqədə Benjamin Stamboulini əvəzləyərək oyuna daxil olub. Qarşılaşmada "Beşiktaş" 3:1 hesablı üstünlüyə malik olub. Balotelli 79-cu dəqiqədə cərimə meydançasının kənarından dəbli qol vuraraq hesabı 3-2 edib. Qoldan sonra "Beşiktaş"ın ehtiyat oyunçular skamyasına gələn Balotelli şəhadət barmağı ilə əvvəlcə başını, sonra isə "Beşiktaş"ın baş məşqçisi Sergen Yalçını göstərib. Bu hərəkətdən sonra Balotelli sarı vərəqə alıb. 90+7. dəqiqədə Adana Dəmirspor hesabı 3-3-ə çatdırıb və matç başa çatıb. Matç bitər-bitməz "Beşiktaş"ın ehtiyat oyunçular skamyası Balotelliyə reaksiya verib və dava düşüb. Matçdan sonra Mario Balotellinin Sergenin 2013-cü ildə bir televiziya proqramında Balotelli haqqında söylədiyi şərhə cavab olaraq bu addımı atdığı iddia edilib. 22 may 2022-ci ildə liqanın 38-ci mövsümü. O, həftə ərzində keçirilən matçda “Göztepe” yə 5 qol vuraraq karyerasında ən çox qol vurduğu matça çıxıb. Balotelli mövsümü 18 qolla tamamlayıb və bombardirlər siyahısında Umut Bozokdan sonra ikinci yerdə qərarlaşıb. Türkiyə kubokunda 2 oyuna çıxan Balotelli 1 qol vurmağı bacarıb. Balotelli ilk mövsümündə komandasını liqada 9-cu tutdu.

Sion 31 avqust 2022-ci ildə Balotelli Super Liqa klubu Sion ilə iki illik müqavilə imzaladı. Balotelli Sion karyerasında 18 liqa matçında 6 qol vursa da, komandanın aşağı liqaya düşməsinin qarşısını ala bilməyib. Onun kapitan sarğısı ilə çıxış etdiyi matçlar olsa da, İsveçrə klubunda müxtəlif problemlər yaşamağa davam edirdi.

Adana Dəmirspor Balotelli 2023 yay transfer mövsümünün son günündə yenidən "Adana Dəmirspor"a keçərək Türkiyəyə qayıdıb.

Cenoa Balotelli 28 oktyabr 2024-cü ildə İtaliya A Seriyası təmsilçilərindən "Cenoa" ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. O, klubdakı debütünü noyabrın 4-də "Parma" üzərində 1–0 hesablı qələbə ilə yekunlaşmış matçda edib.

Milli komanda karyerası Baş məşqçi Pierluici Casiraghi Balotelliyə İtaliyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasında ilk dəfə 15 noyabr 2006-cı ildə Danimarkaya qarşı oynamaq şansı verdi. İtaliyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasında ümumilikdə 8 dəfə çıxış edib və 4 qol vurub. 28 iyun 2012-ci ildə keçirilən 2012 Avropa Çempionatının Yarımfinal matçında vurduğu 2 qolla İtaliya futbolu tarixinə düşüb. Avropa Futbol Çempionatında bir matçda iki qol vuran ilk italyan oyunçu 1996-cı ildə Rusiyaya qarşı iki qol vuran Pierluigi Casiraghi oldu. Balotelli bu görüşdə vurduğu iki qolla buna nail olan ikinci futbolçu olub. Bundan başqa, İtaliya millisi bu iki qolla Almaniyaya 2:1 hesabı ilə qalib gələrək 2012-ci il futbol üzrə Avropa çempionatının finalında İspaniyanın rəqibi olub. Finalda İspaniyaya 4:0 hesabı ilə uduzublar.

24 yanvar 2022-ci ildə Roberto Mançini tərəfindən 4 ildən sonra yenidən milliyə dəvət edildi.

Statistika

Klub statistikası Peşəkar karyerasıLiqaKubokLig KupasıSüper KupaKıtasal LigToplamMövsümKlubLiqa mərtəbəsiOQOQİtaliyaLiqaCoppa ItaliaLig KupasıSupercoppaUEFAToplam2005-06LumezzaneSerie C122Cəmi222007-08InterSerie A11334415732008-092282211612311042009-1026965111181140119Cəmi59201111512111423862816İngiltərəLiqaFA CupEFL CupC.ShieldUEFAToplam2010-11Manchester CityPremier League176251163281032011-1223131211631321722012141111114112033Cəmi54204612321167280308İtaliyaLiqaCoppa ItaliaLig KupasıSupercoppaUEFAToplam2013MilanSerie A13124131242013-143014611103241188Cəmi432610111032543012İngiltərəLigFA CupEFL CupC.ShieldUEFAToplam2014-15LiverpoolPremier League16143152284Toplam16143152284İtaliyaLigCoppa ItaliaLig KupasıSupercoppaUEFAToplam2015-16→Milan Serie A2011322331Cəmi2011322331FransaLiqaCoupe de Francela LigueTrophée d.C.UEFAToplam2016-17NiceLigue 1231511141281712017-182818111971382622018101101Cəmi61333221381764342019Olimpik MarsilyaLigue 1158158Cəmi158158İtaliyaLiqaCoppa ItaliaLig KupasıSupercoppaUEFAToplam2019-20BresciaSerie A195195Cəmi1951952020-21MonzaSerie B146146Cəmi146146TürkiyəLiqaTürkiye KupasıLig KupasıSüper KupaUEFAToplam2021-22Adana DemirsporSüper Lig311842123319620222121Cəmi3318521235197İsveçrəLiqaSchweizer CupLigacupSuper CupUEFAToplam2022-23SionSuper League1861196Cəmi1861196TürkiyəLiqaTürkiye KupasıLig KupasıSüper KupaUEFAToplam2023-24Adana DemirsporSüper Lig167Cəmi167İtaliyaLiqaCoppa ItaliaLig KupasıSupercoppaUEFAToplam2024-25GenoaSerie A20Cəmi20Karyera cəmi3721513428105643115822844918148

Şəxsi həyatı Balotelli İtaliyanın Palermo şəhərində Qana əsilli Tomas və Rouz Barvua ailəsində anadan olub. O, bağırsağında yaranan problemə görə həyat mübarizəsi aparıb və bir sıra əməliyyatlar keçirib. Maddi vəziyyəti yaxşı olmayan ailəsi onu övladlığa vermək qərarına gəlib. Mario Françesko-Silvia Balotelli cütlüyü tərəfindən övladlığa götürülüb. Barwuah ailəsi Marionu yeni ailəsinə öyrəşdiyi üçün geri almağa çalışsa da, Balotelli ailəsi hər dəfə məzuniyyətini uzatmağı bacarıb. O, sonda soyadını Balotelli olaraq dəyişdirdi və bioloji ailəsi ilə əlaqələrini kəsdi.

2011-ci ildə evində atəşfəşanlıq qoyub, yandırıb. Bu hadisədən qısa müddət sonra o, atəşfəşanlıq kampaniyası üçün reklam kampaniyasının siması oldu.

Tez-tez sevgilisini dəyişən Mario mətbuatda da bu yönü ilə gündəmə gəlib.

2012-ci ildə Balotelli GQ- da göründü və burada britaniyalı musiqiçi Tinie Tempahdan sonra dünyanın ən yaxşı geyinən ikinci adamı seçildi. Balotelli Time jurnalının 2012-ci ilin noyabr sayının üz qabığında da yer alıb.