Flutter — Google tərəfindən yaradılmış açıq mənbəli UI proqram təminatı tərtibat dəsti (SDK). Hər hansısa bir veb-brauzer, Fuchsia, Android, iOS, Linux, macOS və Windows üçün vahid kod bazasında kross platforma proqramlar hazırlamaq üçün istifadə olunur. İlk dəfə 2015-ci ildə bəhs edilən Flutter 2017-ci ilin mayında yayımlandı.

Flutter-in ilk versiyası "Sky" kimi tanınırdı və Android əməliyyat sistemində işləyirdi. O 2015-ci ildə Dart tərtibatçılarının zirvə toplantısında, saniyədə 120 kadr sürətlə (FPS) render edə bilmək funksiyası ilə təqdim edildi. 2018-ci ilin sentyabrında Şanxayda keçirilən Google Developer Day-in əsas çıxışı zamanı Google, Flutter 1.0-dan əvvəlki son əsas buraxılış olan Flutter Release Preview 2-ni elan etdi. 4 dekabr 2018-ci ildə Flutter 1.0 Flutter Live tədbirində təqdim edildi və bu freymvorkun ilk stabil versiyası oldu. 11 dekabr 2019-cu ildə Flutter 1.12 Flutter Interactive tədbirində yayımlandı.

6 may 2020-ci ildə Dart proqram təminatının inkişaf etdirilməsi dəsti (SDK) 2.8 və Flutter 1.17.0 yayımlandı, bu da iOS cihazlarında performansı təxminən 50% yaxşılaşdıran Metal API dəstəyi, həmçinin yeni Material vidcetləri və şəbəkə izləmə tərtibat alətləri əlavə etdi.

3 mart 2021-ci ildə Google onlayn Flutter Engage tədbiri zamanı Flutter 2-ni təqdim etdi. Bu böyük yeniləmə yeni Canvas Kit renderi və veb əsaslı vidcetlər, Windows, macOS və Linux üçün erkən giriş masaüstü proqram dəstəyi və təkmilləşdirilmiş Add-to-App API ilə veb-əsaslı proqramlar üçün rəsmi dəstək gətirdi. Bu versiya həmçinin bir çox xarici paketlərlə bağlı böyük dəyişikliklərə və problemlərə səbəb olan boş təhlükəsizlik ( or null-safety) xüsusiyyətinə sahib Dart 2.0-dan istifadə etdi.

8 sentyabr 2021-ci ildə Dart 2.14 və Flutter 2.5 yayımlandı. Yeniləmə Android tam ekran rejiminə və Google-un Material Design adlı material dizaynının ən son versiyasına təkmilləşdirmələr gətirdi. Dart iki yeni yeniləmə aldı, lint şərtlərini standartlaşdırdı və Apple Silicon dəstəyini stabil etdi.

12 may 2022-ci ildə Flutter 3 və Dart 2.17 yayımlandı. Bu yeniləmə həm Intel, həm də Apple Silicon prosessorlarında Linux və macOS üçün sabit dəstək daxil olmaqla dəstəklənən platformaların ümumi sayını altıya qədər genişləndirdi. 30 avqust 2022-ci ildə Flutter 3.3 yayımlandı. Bu versiyada Objective-C və Swift qarşılıqlı əlaqəsi və şeyder ()kompilyasiyası nəticəsində yaranan kəkələməni azaltmaq məqsədi daşıyan "Impeller" adlı yeni render mühərriki nümayiş etdirildi.

Həmçinin bax

Apache Cordova Titanium SDK Codename One Mobil tərtibat freymvorku NativeScript GTK React Native Xamarin

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Proqram təminatı freymvorkları Kateqoriya:Proqramlaşdırma alətləri Kateqoriya:Google proqram təminatı