right|thumb|330x330px| "Dərketmə". Rəssam Ejen de Blaasın tablosundan, 1893 Dərketmə — şüurun obyektlə birbaşa əlaqəsi kimi həyata keçirilən idrak fəaliyyəti metodu.

Termin, prototipi , yəni "vizual təmsil" ( : shau) olduğu Kantianizmdə kateqoriyalı status aldı: təfəkkürlə vasitəçiliyi olunmayan idrak aktı.

Anlayışın tarixi Fəlsəfə tarixində onun analoqu intuisiya anlayışı olmuşdur. Dərketmə sözü tez-tez , fərziyyə və ya "ruhun uzaq sirrlərə cəmləşməsi" mənasını verir və həmçinin, məlumat aldıqdan sonra düşüncənin dayanması, “ani tutma” və qavrayış təsiri meydana gəldiyi zaman yaranan vəziyyət kimi başa düşülür, Категория созерцания в дидактике Песталоцци .

Kantın yanaşması Kant təfəkkür (nəzəri) və praktiki (empirik) arasındakı ziddiyyəti qoruyur və bu barədə yenidən düşünür. Dərketmə artıq mənəvi-intellektual təcrübənin nəticəsi deyil, onun apriori şərtidir. Beləliklə, məkan və zaman təfəkkürün apriori formalarına çevrilir, çünki onlar hər hansı mümkün qavrayış üçün ilkin şərtlərdir, çünki hər bir obyekt artıq məkan və zamanda qavranılır. Bundan əlavə, təfəkkür məntiqi təfəkkürün əleyhinədir, çünki ağıl obyekti müqayisə etməyə, təsnif etməyə və təhlil etməyə başlamazdan əvvəl, bu obyekt şüura hansısa “ refleksiyaqabağı (prerefelektiv)” bütövlük kimi təqdim edilməlidir. Hər hansı bir anlayışdan əvvəl bir obyektin şüura verilməsi təfəkkürdür. Kant “Xalis zəkanın tənqidi” əsərində intuisiyaya sahib olmaq qabiliyyətini həssaslıq (Sinnlichkeit) adlandırır. Xalis təfəkkürlə (reine Anschauung) yanaşı, əsasında hisslər dayanan “hissi (və ya empirik) təfəkkür” ( Sinnenanschauung və ya empirischen Anschauung ) də vardır Кант Критика чистого разума Трансцендентальная эстетика § 1 .

Kantdan sonra Kantdan sonra dərketmə anlayışı Höte tərəfindən fəal şəkildə istifadə edilmişdir, bununla o, şüurun və fenomenin bir-birinə nüfuz etməsi baş verən zaman təbiətin "ehtiramla müşahidəsini" nəzərdə tuturdu. Dərketmənin birinci mərhələsində şüurda obrazların konturları (geştaltlar) formalaşır, ikinci mərhələdə isə faktiki obrazlar () yaranır, üçüncüsü isə biz obrazların mənasını dərk edirik .

Hegel dərketməni “birbaşa təsəvvür” kimi müəyyən etmişdir Гегель ФИЛОСОФСКАЯ ПРОПЕДЕВТИКА. Третий курс. § 135

Həmçinin bax İntuisiya

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Fəlsəfi terminlər Kateqoriya:İdrak prosesləri Kateqoriya:İnsan fəaliyyətləri Kateqoriya:Fəlsəfə tarixi Kateqoriya:Xristian terminologiyası Kateqoriya:Kantçılıq Kateqoriya:Platonizm