– Yaponiyanın Qunma prefekturasının Takasaki şəhərində yerləşən qədim stela. Kozukenin üç stelasından ən qədim olanıdır. Üzərində Çin işarələri və yapon qrammatikası ilə yazılmış ən qədim yazı həkk olunmuşdur. Stelanın yaxınlığında yerləşir.

Yamanoe stelası 681-ci ildə ucaldılmış stela Haruna vulkanından gətirilmiş andezit daşından hazırlanmışdır. Stela 111 santimetr hündürlüyündə, 47 santimetr genişliyində və 52 santimetr qalınlığındadır və Koreyanın Şila krallığına aid olan stelanı xatırladır. Stelanın kalliqrafik stilin krelikal yazının bir variantı olduğu güman olunur. Hoko məbədinin bir keşişi olmuş Naqatoşi anası Kurome-no-tocini yaxınlıqda dəfn etdikdən sonra onun üçün bu stelanı ucaltmışdır. Stelanın üzərindəki yazı 53 işarədən ibarətdir və Azərbaycan dilindəki tərcüməsi belədir:

Stelanın üzərində yazının əvvəlində qeyd olunan tarix forması VII əsrin epiqrafları və taxta tabletləri üçün səviyyəvidir. Yazı üçün Çin işarələrindən istifadə olunsa da, yapon qrammatikası ilə yazılmışdır: feil mübtədadan sonra gəlmək əvəzinə cümlənin sonunda işlədilir. Bu, Yaponiyada Çin yazısının qəbulu ilə bağlı ən qədim nümunələrdən biri sayılır.

Yamanoe stelası Matsudayra Sadanobu tərəfindən 1790-cı illərdə tərtib olunmuş "Şuko Cişşu" əsərində "Yamana kəndində Kannona həsr olunmuş məbəddə saxlanılan stela" kimi təsvir olunmuşdur. Kariya Ekisayın "Kokyo İbun" əsərində də "Yamana kəndində stela" təsvirinə rast gəlinir. Şifahi ənənələrə görə stela keçmişdə kofunun qarşısındakı şam ağacının altında dayanırdı.

Mühafizəsi Stelanın vəziyyəti və yeri 1884-cü ilə qədər dəyişməmiş qalmışdır. 1884-cü ildə Qunma prefekturasının qubernatoru Motohiko Katorinin göstərişi ilə stelanın yerləşdiyi ərazi satın alınmışdır. O, stelanın mühafizəsini təmin etmək məqsədilə stelanı örtən kiçik struktur tikdirmiş və yeni bünövrə qoydurmuşdur. Stelanı qoruyan müasir dəmir-beton struktur 1992-ci ildə inşa olunmuşdur.

3 mart 1921-ci ildə Tarixi yer, 20 mart 1954-cü ildə Xüsusi tarixi yer statusu almışdır. 2017-ci ildə Yaponiya hökuməti tərəfindən UNESCO-nun "Dünyanın yaddaşı" proqramına təqdim olunmuşdur.

Yamanoe kofunu thumb|right|250px|Yamanoe kofunu. Stelanın yaxınlığında yerləşən kofun yaxşı vəziyyətdə qorunmuşdur və VI əsrin ortalarına aid edilir. Bu kofun əvvəlcə Kurome-no-toci üçün yox, yerli bir şahzadə üçün hazırlanmışdır. Kofundan bir şəxsi çıxarıb başqası üçün istifadə etmək demək olar ki, geniş yayılmamış praktika olsa da, Kurome-no-tocinin dəfnində bu halın baş verdiyi güman olunur.

İstinadlar

Xarici keçidlər Takasaki şəhərinin rəsmi saytında

Kateqoriya:Yaponiyadakı stelalar Kateqoriya:Takasaki Kateqoriya:Yaponiyanın xüsusi tarixi yerləri Kateqoriya:Kofunlar Kateqoriya:"Dünyanın yaddaşı" siyahısında olan obyektlər Kateqoriya:681-ci ildə yarananlar Kateqoriya:Kozuke vilayəti Kateqoriya:Qunma prefekturasının tarixi Kateqoriya:Asuka dövrü