Virtual kommunikasiyada emosiyalar — kompüter vasitəçiliyi ilə kommunikasiyanın (CMC) xüsusiyyətlərinə görə üzbəüz qarşılıqlı əlaqədən müxtəlif yollarla fərqlənən emosiyalar. CMC normal olaraq qarşılıqlı əlaqənin emosional aspektləri ilə əlaqəli bir çox eşitmə və vizual işarələrdən məhrum olur.Kelly, J. R. and Barsade, S.G. (2001). "Mood and Emotions in Small Groups and Work Teams". Organizational behavior and human decision processes 86(1): 99-130. Bu sahədə aparılan tədqiqatlar insanların virtual mühitlərdə müxtəlif emosiyaları necə və nə vaxt göstərdiyini və şərh etdiyini araşdırmışdır.

İfadə thumb|100x100px| Gülən üz mesajı bu mesajı qəbul edəni sakitləşdirə bilər və ya sarkazm kimi şərh edilə bilər. Mətn əsaslı kommunikasiyanın audio və vizual işarələri aradan qaldırmağına baxmayaraq, emosiyanı vurğulamaq üçün başqa üsullar da var. Emotikonlar və ya emosional nişanlar müxtəlif növ emosiyaları nümayiş etdirmək məqsədilə istifadə olunur. Üz-üzə kommunikasiyada emosional təzahürlərə oxşar olaraq burada da qadınların kişilərə nisbətən daha çox emotikonlardan istifadə etdikləri aşkar edilmişdir.Wolf, A. (2000). "Emotional expression online: Gender differences in emoticon use." CyberPsychology & Behavior 3(5): 827-833. Virtual kommunikasiya platformalarında sadəcə emotikonlardan istifadə etməklə yanaşı, insanlar danışığa vurğu əlavə etmək üçün hərfləri və ya sözləri böyük hərflə yazmağa meyllidirlər.Kiesler, S. and Sproull, L. (1992). "Group decision making and communication technology." Organizational behavior and human decision processes 52(1): 96-123.

Virtual kommunikasiyanın müxtəlif xüsusiyyətləri var. Bu, emosiyaların həcminin artması ilə nəticələnir. CMC-də sosial işarələrin olmamasının şəxsiyyətsizləşdirmə effekti yaratdığı aşkar edilmişdir.Siegel, J., Dubrovsky, V., Kiesler, S., and McGuire, T. (1986). "Group processes in computer-mediated communication." Organizational behavior and human decision processes 37(2): 157-187. Bundan əlavə, virtual kommunikasiyada daha çox anonimlik və ya anonimlik hissləri ola bilər. Anonim və sosial cəhətdən təcrid olunmuş kommunikasiya kombinasiyasının maneəsiz davranış nəticəsində alovlanma ehtimalını, qəzəbli və düşməncəsinə ritorikanı artırdığı göstərilmişdir.Alonzo, M. and Aiken, M. (2004). "Flaming in electronic communication." Decision Support Systems 36(3): 205-213.Moor, P. J., Heuvelman A., and Verleur, R. (2010). "Flaming on youtube" . Computers in Human Behavior 26(6): 1536-1546.

Bundan əlavə, virtual kommunikasiyanın normativ sosial təzyiqləri azalda biləcəyi sübut edilmişdir.Bordia, P. (1997). "Face-to-face versus computer-mediated communication: A synthesis of the experimental literature" . Journal of Business Communication 34(1): 99. Sosial təzyiqlərin azalması nəticəsində fərdlər müsbət və ya mənfi affektləri açıqlayan zaman özlərini daha rahat hiss edə bilərlər. Bu, normal üz-üzə qarşılıqlı əlaqədə uyğun sayılmaya bilər. Məsələn, tədqiqatçılar Gilmor və Varren əsasən sosial iyerarxiyaların azalması səbəbindən virtual tədris mühitində yaxınlıq, oynaqlıq və qürur duyğularının baş verdiyi halları tapmışdılar.Gilmore, S. and Warren, S. (2007). "Themed article: Emotion online: Experiences of teaching in a virtual learning environment." Human Relations 60(4): 581.

İnterpretasiya Virtual kommunikasiya platformaları üzərində sosial və emosional işarələrin olmaması emosiya və niyyətlərin yanlış interpretasiya edilməsi hallarının artması ilə nəticələnə bilər. Tədqiqatçılar Kruger, Epli, Parker, and Ng fərdlərin e-poçt vasitəsilə emosiyaları aydın ötürmək və şərh etmək qabiliyyətini ifrat dərəcədə qiymətləndirdiyini təsbit etmişdilər.Kruger, J., Epley, N., Parker, J. and Ng, Z. W. (2005). "Egocentrism over e-mail: can we communicate as well as we think?" Journal of Personality and Social Psychology 89(6): 925 Onlar fərdlərin CMC üzərindən başqalarına emosiyaları effektiv şəkildə çatdıra bilməməsinin eqosentrizm və jestlər, vurğu və intonasiyalar da daxil olmaqla paralinqvistik işarələrin olmaması ilə əlaqələndirirlər.

Müsbət olması nəzərdə tutulan e-poçtların daha neytral görünməsinin səbəblərindən biri, e-poçt prosesinin özünün üz-üzə ünsiyyətdən daha az stimullaşdırıcı olmasıdır. Kock, N. (2005). "Media richness or media naturalness? The evolution of our biological communication apparatus and its influence on our behavior toward e-communication tools" . Professional Communication, IEEE Transactions on 48(2): 117-130. Bir çox insanlar e-poçtları işlə bağlı məsələlərlə əlaqələndirməyə meylli olduğundan, e-poçtlarda daha az müsbət təsirin göstəriləcəyini gözləyirlər. Lea, M. and Spears, R. (1991). "Computer-mediated communication, de-individuation and group decision-making." International Journal of Man-Machine Studies 34(2): 283-301. Bundan əlavə, e-poçt mesajlarının emosional qeyri-müəyyənliyi əslində onların nəzərdə tutulduğundan daha mənfi şəkildə şərh edilməsinə səbəb ola bilər. Byron, K. (2008). "Carrying too heavy a load? The communication and miscommunication of emotion by email". Academy of Management Review 33(2): 309. Bayron (2008) qeyd edir ki, statusu daha yüksək olan göndərənlərin e-poçtları, statusu aşağı olan insanlardan alınan e-poçtlardan daha çox mənfi kimi qəbul ediləcək.

Virtual kommunikasiyanın daimi və potensial ictimai xarakteri nəzərə alınan zaman tərəflərin mesajlara qəsdən olmayaraq üz-üzə kommunikasiya kimi yanaşması və şərh etməsi ehtimalı daha yüksəkdir. Müəyyən edilmişdir ki, üçüncü tərəflər virtual kommunikasiyada qarşılıqlı əlaqələri mübahisələr kimi şərh edə bilərlər, halbuki əslində burada heç bir münaqişə olmaya bilər.Myers, P. (2007). "Themed article: Sexed up intelligence or irresponsible reporting? The interplay of virtual communication and emotion in dispute sensemaking." Human Relations 60(4): 609-636.

İdarəetmə Emosiyaların ifrat səviyyədə ifadə olunması və yanlış interpretasiya edilməsi ehtimalına görə virtual kommunikasiyada münaqişələr yarana bilər. Münaqişəni azaltmaq üçün ən çox emosional siqnallara və birbaşa əks əlaqəyə malik olan kommunikasiya vasitələri ən yaxşı seçim hesab olunur.Maruping, L. M. and Agarwal, R. (2004). "Managing team interpersonal processes through technology: a task-technology fit perspective." Journal of Applied Psychology 89(6): 975. Artan emosional siqnallar mənfi təsirləri daha yaxşı aşkar etməyə və hər hansı mənfi emosiyaların qarşısını almaq üçün daha çox müsbət təsir nümayiş etdirməyə imkan verir. Əlaqənin təcililiyi mesajların müəyyən bir kommunikasiya vasitəsi ilə nə qədər tez ötürüldüyü və onlara cavab veriləcəyi gözləntiləri ilə əlaqədardır.Dennis, A. R. and Valacich, J. S. (1999). Rethinking media richness: Towards a theory of media synchronicity. System Sciences, 1999. HICSS-32. Proceedings of the 32nd Annual Hawaii International Conference on, IEEE. Məsələn, ani mesajlaşma e-poçtdan daha yüksək əks əlaqə dərəcəsinə malikdir, çünki ani mesajlaşma e-poçtdan daha çox sinxron kommunikasiyaya gətirib çıxarır. Əlaqənin dərhal formada həyata keçirilməsi fərdlərə məyusluq və digər neqativ emosiyaları daha tez aşkar edib aradan qaldırmağa imkan verir. Bundan əlavə, daha sinxron olan kommunikasiya vasitələri müsbət təsir üçün zəruri olan zarafatlar kimi spontan şərhlərə daha yaxşı imkan verir. Artan müsbət təsir münaqişə ehtimalını azaldan müsbət qarşılıqlı əlaqə yaratmağa kömək edir.

Həmçinin bax

Kompüter vasitəçiliyi ilə kommunikasiya Təsiredici hesablama Media zənginliyi nəzəriyyəsi Sosial iştirak nəzəriyyəsi Texnologiyanın nəzəriyyələri

İstinadlar

Kateqoriya:Emosiya Kateqoriya:İnsan və maşın arasında qarşılıqlı əlaqə