– Yaponiyanın Naqasaki prefekturasının Minamişimabara şəhərində yerləşən memorial park. 1991-ci ildə Unzen vulkanının püskürməsi hadisəsinə həsr olunmuşdur.
Tarixi 1991-ci ilin iyununda Minamişimabara şəhərinin yaxınlığında yerləşən Unzen vulkanı püskürmüş və piroklastik axına səbəb olmuşdur. Nəticədə, 43 nəfər ölmüş və şəhərdəki bir çox tikili dağıntıların altında qalmışdır.
Faciəni yad etmək üçün dağıntıların altında qalmış bəzi evlər qorunub saxlanmasına və memorial parkın yaradılmasına qərar verilmişdir. Parkın yaradılması barədə qərar 24 mart 1999-cu ildə verilmiş və park 1 aprel 1999-cu ildə yaradılmışdır.
Xüsusiyyətlər Memorial park açılanda oraya 11 tikili daxil idi (3-ü çadır strukturunun içərisində, qalanları çöldə). Lakin həmin tikililərdən 2-si istismar müddətini keçib ziyarətçilər üçün potensial təhlükə yaratdığı üçün 2021-ci ilin dekabrında sökülmüşdür. Parkdakı evlərdən ancaq birinin yeri əvvəlki yerindən fərqlidir. Evlər orta hesabla yerin 2,7 metr dərinliyinə batmışdır. Parkın ümumi sahəsi 6187,44 m2, çadır strukturunun sahəsi isə 1207,27 m2 təşkil edir. Parkın məqsədi ziyarətçilərə vulkan püskürmələrinin dəhşətini və fəsadlarını çatdırmaqdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1999-cu ildə Yaponiyada yarananlar Kateqoriya:Naqasaki prefekturasının parkları və bağları