Tural Nüsrət oğlu Nəcəfov () — Azərbaycanlı müğənni, Azərbaycan Respublikasının əməkdar artisti.

Həyatı Nəcəfov Tural Nüsrət oğlu 1981-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1996-cı ildə Naxçıvan Musiqi kollecinə daxil olmuşdur. 1999-cu ildə Bakı Musiqi Akademiyasına daxil olmuşdur.

Fəaliyyəti Naxçıvan Dövlət Filarmoniyasının solistidir. 2007-ci ildə Naxçıvan MR Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2010–2014-cü illərdə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür. 2015-ci ildə Azərbaycan Respublikası Əməkdar artisti fəxri adına layiq görülmüşdür. Fəaliyyəti dövründə olkədaxili və ölkəxarici çoxsaylı konsertlərdə çıxış etmişdir.https://serqqapisi.gov.az/xeberler/naxcivan-dovlet-filarmoniyasinin-estrada-ansambli-konsert-proqrami-ile-cixis-edib

Xarici keçidlər

İstinadlar