Zəylik — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zəylik kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Oykonim "zəy olan yer" mənasındadır.
Tarixi Kəndin keçmiş adı Pip olmuşdur.
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir. Ərazisində Zəylik alunit yatağı var. Zəy yatağı kimi orta əsrlərdən məlumdur.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19994362332032009↘430↗240↘190
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mədəniyyəti Kənddə Zəylik kənd kitabxana filialı, Zəylik kənd Mədəniyyət Evi fəaliyyət göstərir.
Təhsil Kənddə Daşkəsən rayon Zəylik kənd tam orta məktəbi fəaliyyət göstərir.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə Zəylik kənd tibb məntəqəsi yerləşir.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Zəylik (Daşkəsən) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri Kateqoriya:Daşkəsən rayonunun kəndləri