Murad Məmmədov () — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.
Karyerası Murad Məmmədov 2010-cu ildə Bosniya və Herseqovinanın Sarayevo şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Bir il sonra, 2011-ci ildə Murad Məmmədov Polşanın Varşava şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatında növbəti dəfə qızıl medalın sahibi oldu. Həmin il Murad Məmmədov həm də Macarıstanda yeniyetmələr arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu. 2012-ci il mövsümündə isə Murad Məmmədov Polşada yeniyetmələr arasında Avropa Çempionatını gümüş medalla başa vursa da, Azərbaycanda yeniyetmələr arasında Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.
2014-cü il mövsümü Murad Məmmədov üçün uğurlu oldu. Murad Məmmədov iyunda Polşanın Katoviçe şəhərində gənclər arasında Avropa Çempionatını və avqustda Xorvatiyanın Zaqreb şəhərində gənclər arasında Dünya Çempionatını qızıl medallarla başa vurdu. 2015-ci ildə Murad Məmmədov yanvarda Fransada Paris Qran-Prisinin bürünc medalına sahib oldu. Mövsümün nüfuzlu turnirlərində isə Murad Məmmədov əvvəl iyunda İstanbul şəhərində gənclər arasında Avropa Çempionatını gümüş medalla başa vurdu, sonra isə avqustda Braziliyada gənclər arasında Dünya Çempionatının qalibi oldu.
Murad Məmmədov 2016-cı ildə Bolqarıstanda U23 Avropa Çempionatını gümüş medalla, KYRM-da isə hərbçilər arasında Dünya Çempionatını bürünc medalla başa vurdu. 2017-ci il ərzində Murad Məmmədov Vəhbi Əmrə Turnirində, İslam Həmrəyliyi Oyunlarında və Hərbçilərin Dünya Çempionatında bürünc medallara sahib oldu, Macarıstanda U23 Avropa Çempionatının isə qalibi oldu.
2018-ci il mövsümündə Murad Məmmədov Kiyev şəhərində Kiyev Turnirinin və Belarusda Oleq Karavayev Turnirinin qalibi oldu, Rusiyada Hərbçilərin Dünya Çempionatını gümüş medalla başa vurdu, həmçinin İstanbul şəhərində U23 Avropa Çempionatını bürünc, Buxarest şəhərində U23 Dünya Çempionatını isə gümüş medalla başa vurdu. 2018-ci ildə Murad Məmmədov həm də Dünya və Avropa Çempionatlarında debüt etdi. Apreldə Rusiyada Avropa Çempionatının gümüş medalına sahib olan Murad Məmmədov debüt Dünya Çempionatında isə uğursuz çıxış etdi və turniri 25-ci pillədə başa vurdu.
2019-cu ilin fevralında İstanbul şəhərində Vəhbi Əmrə beynəlxalq turnirinin qalibi olan Murad Məmmədov mövsümün növbəti turnirlərində uğursuz çıxış etdi. 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən beynəlxalq turnirlər baş tutmadı. 2021-ci ildə Murad Məmmədov yanvarda Fransada Qran-Prinin bürünc medalına sahib oldu, daha sonra isə mart və may aylarında müvafiq olaraq Macarıstanda Avropa Olimpiya Təsnifat Turnirində və Bolqarıstanda Dünya Olimpiya Təsnifat Turnirində çıxış etdi. Olimpiya Təsnifat Turnirlərində uğursuz çıxış edən Murad Məmmədov nəticədə olimpiya lisenziyası əldə edə bilmədi. Həmin il Norveçin Oslo şəhərində baş tutan Dünya Çempionatında isə Murad Məmmədov turnirin bürünc medalına sahib oldu.
2022-ci ildə Murad Məmmədov əvvəl martda Macarıstanın Budapeşt şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu, daha sonra isə İtaliyanın Matteo Pellisone Turnirinin qalibi oldu. Həmin il Murad Məmmədov həm də avqustda Konya şəhərində İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu, sentyabrda Belqrad şəhərində isə Dünya Çempionatını beşinci pillədə başa vurdu.
2023-cü ilin sentyabrında Murad Məmmədov Belqrad şəhərində baş tutan Dünya Çempionatının final görüşündə Gürcüstan nümayəndəsi Leri Abuladzeya məğlub olaraq turnirin gümüş medalına sahib oldu.
2024-cü ilin fevralında Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq Avropa çempionu oldu.
Murad Məmmədov 2024-cü ilin mayında İstanbul şəhərində baş tutan Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu.
Nəticələri
SıraİlYarışEv sahibiNəticə12010Yeniyetmələrin Avropa Çempionatı Bosniya və Herseqovina1.22011Yeniyetmələrin Avropa Çempionatı Polşa1.3Yeniyetmələrin Dünya Çempionatı Macarıstan5.42012Yeniyetmələrin Avropa Çempionatı Polşa2.5Yeniyetmələrin Dünya Çempionatı Azərbaycan1.62014Gənclərin Avropa Çempionatı Polşa1.7Gənclərin Dünya Çempionatı Xorvatiya1.82015Paris Qran-Prisi Fransa3.9V. Əmrə Turniri Türkiyə10.10Gənclərin Avropa Çempionatı Türkiyə2.11Gənclərin Dünya Çempionatı Braziliya1.12Qızıl Qran-Pri Azərbaycan15.132016U23 Avropa Çempionatı Bolqarıstan2.15Hərbçilərin Dünya Çempionatı KYRM3.16Qızıl Qran-Pri Azərbaycan8.172017V. Əmrə Turniri Türkiyə3.18U23 Avropa Çempionatı Macarıstan1.19İslam Həmrəyliyi Oyunları Azərbaycan3.20Hərbçilərin Dünya Çempionatı Litva3.212018Kiyev Turniri Ukrayna1.22Avropa Çempionatı Rusiya2.23Hərbçilərin Dünya Çempionatı Rusiya2.24U23 Avropa Çempionatı Türkiyə3.25Vəhbi Əmrə Turniri Türkiyə10.26Oleq Karavayev Turniri Belarus1.27Dünya Çempionatı Macarıstan25.28U23 Dünya Çempionatı Rumıniya2.
SıraİlYarışEv sahibiNəticə292019V. Əmrə Turniri Türkiyə1.30Macarıstan Qran-Prisi Macarıstan15.31Avropa Çempionatı Rumıniya8.322021Fransa Qran-Prisi Fransa2.33Avropa Olimpiya Təsnifat Turniri Macarıstan5.34Dünya Olimpiya Təsnifat Turniri Bolqarıstan6.35Dünya Çempionatı Norveç3.362022Avropa Çempionatı Macarıstan3.37Matteo Pellisone Turniri İtaliya1.38İslam Həmrəyliyi Oyunları Türkiyə2.39Dünya Çempionatı Serbiya5.402023Zagreb Open Xorvatiya12.41Dünya Çempionatı Serbiya2.
İstinadlar
Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Azərbaycanın yunan-roma güləşçiləri Kateqoriya:Azərbaycanın olimpiya güləşçiləri Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Güləş üzrə Avropa çempionları Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan Azərbaycan idmançıları Kateqoriya:Yunan-Roma güləşi üzrə dünya çempionları Kateqoriya:Yunan-Roma güləşi üzrə Avropa çempionları Kateqoriya:Güləş üzrə İslam Həmrəyliyi Oyunlarının medalçıları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar