Kamran Məmmədov () — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.
Karyerası Kamran Məmmədov 2008-ci ildə Kosiçe şəhərində gənclər arasında Avropa Çempionatının gümüş medalına sahib oldu. 2010-cu ildə isə Kamran Məmmədov Bolqarıstanda gənclər arasında Avropa Çempionatının və Macarıstanda gənclər arasında Dünya Çempionatının qalibi oldu.
2011-ci ilin iyulunda Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirini bürünc medalla başa vuran Kamran Məmmədov 2012-ci ildə Serbiyada Avropa Çempionatında mübarizə apardı və debüt turnirini beşinci pillədə başa vurdu. Həmin ilin aprelində Kamran Məmmədov Bolqarıstanda Avropa Olimpiya Təsnifat Turnirinin qalibi olub olimpiya lisenziyası sahib olsa da, yunan-roma güləşi üzrə Azərbaycan yığmasının məşqçiləri olimpiadaya daha təcrübəli hesab olunan Dünya və Avropa çempionu Həsən Əliyevi apardı. Həmin ilin sentyabrında Kamran Məmmədov Qızıl Qran-Pri beynəlxalq turnirin qalibi oldu.
Kamran Məmmədov 2013-cü ilin martında Gürcüstanın Tbilisi şəhərində Avropa Çempionatını bürünc medalla başa vurdu. İyulda Rusiyanın Kazan şəhərində Universiada Oyunlarının gümüş medalına sahib olan Kamran Məmmədov noyabrda növbəti dəfə Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu. 2014-cü ilin aprelində Kamran Məmmədov Finlandiyanın Vantaa şəhərində növbəti dəfə Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin ilin noyabrında Kamran Məmmədov həm də Qızıl Qran-Pri beynəlxalq turnirini bürünc medalla başa vurdu.
2015-ci ildə Dünya Çempionatı və Avropa Oyunlarında mübarizə aparmayan Kamran Məmmədov mövsüm ərzində Fransada Paris Qran-Prisi və Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirlərini gümüş medallarla başa vurdu. 2016-cı ilin martında Latviyanın Riqa şəhərində üçün dəfə Avropa Çempionatının bürünc medalına sahib olan Kamran Məmmədov iyulda hərbçilər arasında Dünya Çempionatını gümüş medalla başa vurdu.
Kamran Məmmədov 2017-ci ildə Bolqarıstanda D. Kolov - N. Petrov Turniri və Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. 2018-2019-cu illərdə mübarizə apardığı yeddi beynəlxalq turnirdə cəmi bir bürünc medala sahib olan Kamran Məmmədov 2019-cu ildə 28 yaşında idmanla vidalaşdı.
Nəticələri
SıraİlYarışEv sahibiNəticə12008Gənclərin Avropa Çempionatı Slovakiya2.22010Gənclərin Avropa Çempionatı Bolqarıstan1.3Gənclərin Dünya Çempionatı Macarıstan1.42011Yadigar İmam Turniri İran2.5Qızıl Qran-Pri Azərbaycan3.62012İstanbul Qran-Prisi Türkiyə3.7Avropa Çempionatı Serbiya5.8Avropa Olimpiya Təsnifat Turniri Bolqarıstan1.9Qızıl Qran-Pri Azərbaycan1.10Oleq Karavayev Turniri Belarus2.112013Avropa Çempionatı Gürcüstan3.12Universiada Oyunları Rusiya2.13Dünya Çempionatı Macarıstan34.14Qızıl Qran-Pri Azərbaycan1.152014Vəhbi Əmrə Turniri Türkiyə8.16Avropa Çempionatı Finlandiya3.17Qızıl Qran-Pri Azərbaycan3.
SıraİlYarışEv sahibiNəticə182015Paris Qran-Prisi Fransa2.19Qızıl Qran-Pri Azərbaycan2.202016Avropa Çempionatı Latviya3.21Avropa Olimpiya Təsnifat Turniri Serbiya17.22Hərbçilərin Dünya Çempionatı KYRM2.23Qızıl Qran-Pri Azərbaycan7.242017D. Kolov - N. Petrov Turniri Bolqarıstan1.25İslam Həmrəyliyi Oyunları Azərbaycan1.26Dünya Çempionatı Fransa15.272018Kiyev Turniri Ukrayna15.28Vəhbi Əmrə Turniri Türkiyə3.29Oleq Karavayev Turniri Belarus8.30Dünya Çempionatı Macarıstan10.312019V. Əmrə Turniri Türkiyə5.32Avropa Çempionatı Rumıniya11.33G. Kartozia & V. Balavadze Turniri Gürcüstan5.
İstinadlar
Kateqoriya:Azərbaycanın yunan-roma güləşçiləri Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Güləş üzrə İslam Həmrəyliyi Oyunlarının medalçıları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar