Fort-Nesessiti döyüşü () — Yeddiillik müharibədə Şimali Amerika cəbhəsində, 3 iyul 1754-cü ildə indiki Pensilvaniya ştatının Farminqton qraflığının ərazisində baş vermiş döyüş. Bu döyüş və ondan əvvəlki Qreyt-Midouz döyüşü Corc Vaşinqtonun karyerasının ilk döyüşləri, həmçinin Fransa–hindi müharibəsinin ilk döyüşləri idi. Virciniya qubernatoru Vaşinqtona piyada alayına rəhbərlik etməyi, onu Ohayo vadisinə aparmağı və tikilməkdə olan qalanın mühafizəsini götürməyi tapşırmışdı, lakin artıq yolda Vaşinqton məlumat almışdı ki, fransızlar ondan qabaq gəlib qalanı ələ keçiriblər. O, möhkəmləndirilmiş bir düşərgə quraraq (Fort-Nesessiti) möhkəmlətmələri gözləməyə başlamış, lakin bir Fransa dəstəsi qalaya hücum etmiş və onu təslim olmağa məcbur qoymuşdur. Fransanın bu hücumu İngiltərəni qisas almağa məcbur etmiş və nəticədə Şimali Amerika qitəsində müharibənin başlanmasına səbəb olmuşdur.
İstinadlar
Əlavə ədəbiyyat
Kateqoriya:Yeddiillik müharibə Kateqoriya:Fransanın döyüşləri Kateqoriya:Birləşmiş Krallığın döyüşləri Kateqoriya:1754-cü ildəki hadisələr