Breddok ekspedisiyası, həmçinin Breddok kampaniyası və ya Breddok məğlubiyyəti — Fransa–hindi müharibəsi zamanı, 1755-ci ilin yayında Fort-Dükeni (1754-cü ildə qurulmuşdur, indi Pittsburq şəhərinin mərkəzində yerləşir) fransızlardan tutmaq üçün həyata keçirilmiş Britaniya hərbi ekspedisiyası. Britaniya qoşunları 9 iyul 1755-ci ildə Mononqahela döyüşündə məğlub olmuş və sağ qalanlar geri çəkilmişdir. Ekspedisiya adını Britaniya qüvvələrinə rəhbərlik edən və səydə həlak olan general Edvard Breddokdan götürmüşdür. Breddokun məğlubiyyəti Fransa ilə müharibənin ilkin mərhələlərində britaniyalılar üçün böyük uğursuzluq olmuşdur. ABŞ tarixçisi Con Mak Farager bunu XVIII əsrdə ingilislər üçün ən fəlakətli məğlubiyyətlərdən biri kimi xarakterizə etmişdir.
İstinadlar
Əlavə ədəbiyyat Chartrand, Rene. Monongahela, 1754–1755: Washington's Defeat, Braddock's Disaster. United Kingdom: Osprey Publishing, 2004. ISBN 1-84176-683-6. Jennings, Francis. Empire of Fortune: Crowns, Colonies, and Tribes in the Seven Years War in America. New York: Norton, 1988. ISBN 0-393-30640-2. Kopperman, Paul E. Braddock at the Monongahela. Pittsburgh, PA: University of Pittsburgh Press, 1973. ISBN 0-8229-5819-8. O'Meara, Walter. Guns at the Forks. Pittsburgh, PA: University of Pittsburgh Press, 1965. ISBN 0-8229-5309-9. Preston, David L. The Battle of the Monongahela and the Road to Revolution (2015) Russell, Peter. "Redcoats in the Wilderness: British Officers and Irregular Warfare in Europe and America, 1740 to 1760", The William and Mary Quarterly (1978) 35#4 pp. 629–652 in JSTOR
Xarici keçidlər Braddock Road Preservation Association The French Army 1600–1900
Kateqoriya:Yeddiillik müharibə