Semantik viki — səhifələrində təsvir olunan biliklərin əsas modelinə malik olan viki. Adi və ya sintaktik vikilərdə strukturlaşdırılmış mətn və tipsiz hiperlinklər var. Semantik vikilər semantik sorğular vasitəsilə verilənlər bazasıSemantic Wikis and Disaster Relief Operations , Soenke Ziesche, xml.com, December 13, 2006Semantic Wikis: A Comprehensible Introduction with Examples from the Health Sciences , Maged N. Kamel Boulos, Journal of Emerging Technologies in Web Intelligence, Vol. 1, No. 1, August 2009 kimi sorğulana və ya ixrac edilə bilən yollarla səhifələr daxilindəki məlumatlar və səhifələr arasındakı əlaqələr haqqında məlumatları tutmaq və ya müəyyən etmək imkanı verir.

Semantik vikilər ilk dəfə 2000-ci illərin əvvəllərində təklif edilmiş və 2005-ci ildə ciddi şəkildə tətbiq olunmağa başlamışdır.A semantic wiki for collaborative knowledge formation , Sebastian Schaffert, Andreas Gruber, and Rupert Westenthaler, Research Report, Knowledge-based Information Systems Group, Salzburg Research, Austria, November 23, 2005IkeWiki: A semantic wiki for collaborative knowledge management , Sebastian Schaffert, Proceedings of the 15th IEEE International Workshops on Enabling Technologies: Infrastructure for Collaborative Enterprises (WETICE'06), June 6, 2006 2021-ci ildən etibarən tanınmış semantik viki mühərrikləri "Semantic MediaWiki" və "Wikibase"dir.Comparison of Semantic MediaWiki and Wikibase

Tarixi "Semantik viki" termininin məlum olan ilk istifadəsi 2001-ci ilin yanvarında Endi Dinqli tərəfindən dərc edilmiş "Usenet" postu idi. Texniki bir məqalədə məlum olan ilk təsviri avstriyalı tədqiqatçı Leo Sauermann tərəfindən 2003-cü ildə çap edilən bir məqalədə olmuşdur.

Mövcud semantik viki proqramlarının bir çoxu 2000-ci illərin ortalarında başlamışdır, o cümlədən "ArtificialMemory" (2004), "Semantic MediaWiki" (2005), "Freebase" (2005) və "OntoWiki" (2006).

2006-cı ilin iyun ayında Monteneqroda Avropa Semantik Veb Konfransı ilə birlikdə semantik vikilərə həsr olunmuş ilk görüş – "SemWiki" seminarı keçirilmişdir. Bu seminar 2010-cu ilə qədər hər il davam edirdi.

2008-ci ilin mart ayında dünyanın ən böyük vikiferması olan "Wikia" istək əsasında bütün vikiləri üçün "Semantic MediaWiki"dən istifadəni təmin etmiş və beləliklə, onların yerləşdiyi bütün vikilərin semantik viki kimi fəaliyyət göstərməsinə icazə vermişdir.Wikia offers Semantic MediaWiki hosting , semantic-mediawiki.org, March 12, 2008 Buna baxmayaraq, 2013-cü ildə "MediaWiki" 1.19 versiyasına təkmilləşdirildikdən sonra onlar performans problemi səbəbindən yeni sorğular üçün "Semantic MediaWiki"-ni dəstəkləməyi dayandırmışdılar.

"Google" 2010-cu ilin iyulunda "Freebase"in arxasında duran şirkət olan "Metaweb"i satın almışdır.Deeper understanding with Metaweb , Official Google Blog, July 16, 2010

Proqram təminatı Semantik funksionallığı təmin edən bir sıra viki applikasiyaları var. "OntoWiki" kimi bəzi müstəqil semantik viki applikasiyaları mövcuddur. Digər semantik viki proqram təminatı standart wiki proqram təminatına əlavələr və ya plaginlər kimi strukturlaşdırılmışdır. Bunlardan ən məşhuru "MediaWiki"nin uzantısı olan "Semantic MediaWiki"dir. Başqa bir misal "XWiki" üçün SemanticXWiki uzantısıdır.Semantic XWikiExtension , ObjectSecurity Ltd, November 16, 2012

Həmçinin bax

Ontologiya Vikiverilənlər

İstinadlar

Xarici keçidlər

Semantic wiki article at SemanticWeb.org Semantic wiki projects - contains a list of active, defunct and proposed semantic wiki applications SemanticWiki mini-series - a mini-series of online conferences about semantic wikis that ran in 2008 and 2009.

Kateqoriya:Semantik veb Kateqoriya:Vikilər