Sabir — Azərbaycan Respublikasının Şamaxı rayonunun Sabir qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Qəsəbə Sabir bələdiyyəsinə aiddir.
Toponimi Bu qəsəbə Azərbaycan şairi Mirzə Ələkbər Sabirin şərəfınə adlandırılmışdır. Qəsəbənin adı memorial toponimdir.
Coğrafiyası Sabir qəsəbəsi Azərbaycan Respublikasının Şamaxı rayonunda qəsəbədir, həmçinin Sabir qəsəbə inzibati ərazi dairəsinin mərkəzi. Sabir qəsəbə inzibati ərazi dairəsinə Çıraqlı kəndi də daxildir.
Qəsəbə rayon mərkəzindən — Şamaxı şəhərindən, 7 km cənub–şərqdə, Kürdəmir dəmiryol stansiyasından 79 km şimal–şərqdə Pirsaat çayının orta axını sol sahilində, Bakı–Şamaxı yolunun kənarında, Ləngəbiz silsiləsinin ətəyində yerləşir.
Tarixi Yaşayış məntəqəsi 1960-cı ildə Qocamanbəyovların nəslinə mənsub yerdə üzümçülük sovxozunun təşkil edilməsi ilə əlaqədar orada çalışan fəhlələr üçün salınmışdı, sovxozun əhalisi isə əsasən Quşçu kəndindən gəlmiş ailələr hesabına artmışdır.
İqtisadiyyat və infrastruktur Sabir qəsəbəsində tam orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana var Qəsəbədə 546 təsərrüfat var.
Əhalisi 197019791983198920092024162422252298276030853915
Görməli yerlər Pirsaat Baba ziyarətgah-məscid kompleksi Şamaxı şəhərinin girəcəyində, Mərzəndiyə kəndinin ərazisində, Sabir qəsəbəsinin yaxınlığında, Bakı–Şamaxı–Yevlax avtomobil yolunun kənarında yerləşir.
İstinadlar
Kateqoriya:Şamaxı rayonunun qəsəbələri Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış yaşayış məntəqələri