Stable Diffusion — 2022-ci ildə buraxılan dərin öyrənmə, diffuziya üsullarına əsaslanan mətndən-şəklə model. O, ilk növbədə mətn təsvirlərinə əsaslanan təfərrüatlı şəkillər yaratmaq üçün istifadə olunur, baxmayaraq ki, o, həm də mətn sorğusununda qeyd olunduğu kimi şəkli bərpa etmə, genişləndirmə və mətndən-şəklə tərcümələr yaratmaq kimi digər işlərdə də tətbiq oluna bilər. Model Münhen Lüdviq-Maksimilian Universitetinin CompVis Qrupunun tədqiqatçıları və Runway şirkəti tərəfindən Stability AI tərəfindən verilən ianələr və qeyri-kommersiya təşkilatlarının təlim dataları əsasında hazırlanmışdır.
Stable Diffusion gizli diffuziya modelidir, bir növ dərin generativ süni neyron şəbəkəsidir. Onun kodu və modelləri açıq mənbəlidir və ən azı 4 GB VRAM GPU ilə təchiz edilmiş əksər cihazlarda işləyə bilər. Bu, onu yalnız bulud xidmətləri vasitəsilə əldə edilə bilən DALL-E və Midjourney kimi özəl mətndən-şəklə modellərdən fərqləndirir. İnkişafı Stable Diffusion-un inkişafı start-up şirkəti Stability AI tərəfindən maliyyələşdirilib və formalaşdırılıb. Modelin texniki lisenziyası Münhen Lüdviq-Maksimilian Universitetinin CompVis qrupu tərəfindən buraxılıb. İnkişafa Runway şirkətindən Patrik Esser və CompVis-dən Robin Rombaç rəhbərlik edirdi, onlar əvvəllər Stable Diffusion tərəfindən istifadə edilən gizli diffuziya modeli arxitekturasını icad etmiş tədqiqatçılar arasında idilər. Stability AI, EleutherAI-ın və LAION-ın (Stable Diffusion-un öyrədildiyi məlumat dəstini toplayan alman qeyri-kommersiya təşkilatı) layihənin dəstəkçiləri olduğunu bildirdi.
2022-ci ilin oktyabr ayında Stability AI Lightspeed Venture Partners və Coatue Management-in rəhbərlik etdiyi raundda 101 milyon ABŞ dolları investisiya topladı. Məhkəmə iddiaları 2023-cü ilin yanvarında, Sarah Andersen, Kelli MakKernan və Karla Ortiz adlı 3 rəssam Stability AI, Midjourney və DeviantArt-a qarşı müəllif hüquqlarının pozulması ilə bağlı məhkəmə iddiası qaldıraraq, bu şirkətlərin süni intellekt alətlərini müəllifin icazəsi olmadan internetdən götürülən 5 milyard şəkillə öyrədərək milyonlarla müəllifin hüquqlarını pozduğunu iddia etdilər. Həmin ay Stability AI, şəkillərini təlimdə istifadə etdiyinə görə Getty Images tərəfindən də məhkəməyə verildi.
2023-cü ilin iyulunda ABŞ-nin rayon hakimi Uilyam Orrik Andersen, MakKernan və Ortiz tərəfindən qaldırılan iddiaların əksəriyyətini rədd etdi, lakin onlara yeni iddia qaldırmağa icazə verdi.
İstinadlar
Xarici keçidlər
Stable Diffusion Demo Interactive Explanation of Stable Diffusion "We Are All Raw Material for AI": Investigation on sensitive and private data in Stable Diffusions training data "Negative Prompts in Stable Diffusion"
Kateqoriya:Plagiatda təqsirləndirilmiş əsərlər Kateqoriya:Generativ süni intellekt Kateqoriya:Təbii dilin emalı Kateqoriya:Əsərlər Kateqoriya:Maşın öyrənməsi Kateqoriya:Dərin öyrənmə