Mark Devid Düplass () — amerikalı kinorejissor, aktyor, yazıçı və musiqiçi. O və qardaşı Cey Düplass 1996-cı ildə Duplass Brothers Productions şirkətini təsis etmiş və onlar birlikdə "The Puffy Chair", "Baghead", "Cyrus", "Jeff, Who Lives at Home" və "The Do-Deca-Pentatlon" kimi bir neçə film çəkmişdirlər.

Mark Duplass yazıçı, prodüser və aktyor kimi fəaliyyəti ilə tanınır. O, "Room 104" teleserialında və "Creep" qorxu filmində və onun davamında işləyib. Mark "The Morning Show"da Çip rolunu oynadığına görə "Emmi" mükafatına namizəd göstərilib. O, həm də indi-rok qrupu Volcano, I'm Still Excited!!-nin müğənnisidir.

Həyatı Mark Düplass 7 dekabr 1976-cı ildə Luiziana ştatının Nyu-Orlean şəhərində anadan olub. O, Roma Katolik inancı ilə böyümüş və Jesuit High School-a getmişdir. Mark ali təhsilini Ostin Texas Universitetində və Nyu-York Şəhər Kollecində alıb. O, fransız Cajun, italyan, aşkenzazi yəhudisi və alman mənşəlidir.

Filmoqrafiya The Puffy Chair (2005) Baghead (2008) Cyrus (2010) Jeff, Who Lives at Home (2011) The Do-Deca-Pentathlon (2012) Black Rock (2012) Güvənliyə zəmanət verilmir (2012) Zero Dark Thirty (2012) Creep (2014) Sevdiyim insan (2014) The Lazarus Effect (2015) Blue Jay (2016) Table 19 (2017) Creep 2 (2017) Unlovable (2018) Paddleton (2019) Bombshell (2019) Language Lessons (2021) Biosphere (2022)

İstinadlar

Kateqoriya:ABŞ aktyorları Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Yəhudi əsilli amerikalılar Kateqoriya:Musiqi