Vikimedia hərəkatı – Vikipediya da daxil olmaqla, Vikimedia layihələrinə töhfə verənlərin qlobal icmasıdır. İcma bu fəaliyyəti açıq standartlar və proqram təminatından istifadə etməklə özü qurur və idarə edir.

Əvvəlcə Vikipediyanın könüllü redaktorlar icması (vikipediyaçılar) tərəfindən yaradılmış və o vaxtdan Vikianbar (Wikimedia Commons) və Vikiverilənlər (Wikidata) kimi digər layihələrə, habelə Vikimedianı gücləndirmək üçün istifadə olunan MediaViki (MediaWiki) proqram təminatına töhfə verən könüllü proqram mühəndisləri və tərtibatçılarını da əhatə etmişdir.

Layihələr

Məzmun layihələri 2023-cü ilə olan məlumata əsasən, Vikimedia məzmun layihələri aşağıdakılardır:

Vikipediya, onlayn ensiklopediya Meta-Viki, Vikimedia layihələrinin müzakirə və koordinasiya mərkəzi Vikikitab, tədris məqsədli kitablar anbarı Vikiverilənlər, digər vikilayihələrdə istifadə edilə bilən strukturizasiya olunmuş məlumat anbarı Vikifunksiyalar, funksiya və mənbə kodları kataloqu. Bu, dillərdən asılı olmayan Abstrakt Vikipediya layihəsini dəstəkləmək üçün yaradılıb. Vikianbar, azad istifadə üçün nəzərdə tutulmuş və digər vikilayihələrdə istifadə edilə bilən şəkil, video, musiqi anbarı Vikixəbər, xəbərlər toplusu Vikisitat, sitatlar kolleksiyası Vikimənbə, ilkin mənbə və sənədlər kitabxanası Vikinövlər, taksonomik növlər kataloqu Vikiversitet, tədris materialları anbarı Vikisəyahət, səyahət bələdçisi Vikilüğət, lüğət

İnfrastruktur və interfeys layihələri Vikimedia hərəkatının digər köməkçi layihələri aşağıdakılardır:

Kiwix – məzmun layihələrinə oflayn giriş üçün icma layihəsi MediaWiki – layihələr üçün açıq mənbə platforması Toolforge – klasterə giriş tələb edən proqram layihələrinin yerləşdirilməsi üçün icma sahəsi Könüllü Cavab Qrupu – e-poçt sorğularını idarə edən icma Wikimedia bulud xidmətləri – OpenStack üzərində qurulmuş və paylaşılan bulud hesablanması üçün məkan Wikitech – vikisi və e-poçt siyahısı olan IT-mütəxəssislər icması

Təşkilatlar

Layihə icmaları Vikimedia icmasına təkbaşına vikilərə həsr olunmuş bir sıra icmalar daxildir.

Meta icması Tərcümə və idarəetmə müzakirələrinin keçirildiyi Meta-Vikidə çoxdilli layihə icması formalaşmışdır. Bir sıra digər icmalar və vikilər, o cümlədən, Təbliğat və Strategiya vikiləri, Vikianbar və Vikidataya dair təkliflər buradan çıxıb.

Vikipediya icması Vikipediya icması Vikipediya onlayn ensiklopediyasına töhfə verənlərin icmasıdır. O, redaktorlardan (vikipediyaçılar), bəzi Vikipediya botlarından və idarəçilərdən ibarətdir. Arbitraj Komitəsi (və ya ArbKom) Vikipediyada mübahisələr üçün "son instansiya məhkəməsi"dir.

İş yerindəki vikipediyaçılar İş yerlərindəki vikipediyaçılar, işini layihələrə inteqrasiya etməyə kömək etmək üçün hər hansı mədəniyyət qurumu ilə əməkdaşlıq edən vikipediyaçı və vikimediaçılardır. Onlar könüllü və ya maaşlı, yarım və ya tam ştatlı ola bilərlər.

Tematik təşkilatlar Tematik təşkilatlar nümayəndəliklərə bənzəyən xeyriyyə təşkilatlarıdır və konkret mövzuya dair Vikimedia layihələrini dəstəkləmək üçün yaradılmışdır. 2021-ci ilə olan məlumata əsasən, iki belə təşkilat var."Template:APG navigation – Meta". Meta.wikimedia.org. 2016–09–05. from the original on 2016–08–07. Retrieved 2016–09–24.

Vikimedia nümayəndəlikləri thumb| Milli və regional icma qrupları müəyyən ölkələrdə və coğrafi ərazilərdə Vikimedia layihələrini və onların iştirakçılarını dəstəkləyən nümayəndəlikləri, xeyriyyə təşkilatlarını birləşdirmişdir. 2021-ci ilə olan məlumata əsasən, 39 nümayəndəlik var. Vaxt keçdikcə nümayəndəliklər və VMF arasındakı müqavilələr daha da rəsmiləşib.

Vikimedia Almaniya (WMDE) ilk nümayəndəlikdir və ilk iclasını 2004-cü ildə keçirib. 2016-cı ilə qədər onun büdcəsi 20 milyon avro idi. WMDE kimi bəzi nümayəndəliklər vəsaitlərinin bir hissəsini birbaşa qrantlar və üzvlük haqlarından əldə edirlər. Bəziləri vəsaitlərini əsasən VMF-in illik plan üzrə qrantlarından əldə edirlər. 2019-cu ildən etibarən VMF-in büdcəsinin təxminən 10%-i bu şəkildə nümayəndəliklərə və tematik təşkilatlara paylanır.

Vikimedia Fondu Vikimedia Fondu (VMF) mərkəzi ofisi San-Fransisko, Kaliforniyada yerləşən Amerika qeyri-kommersiya və xeyriyyə təşkilatıdır. O, domen adlarına sahibdir və hərəkatın əksər saytlarını idarə edir.

VMF 2003-cü ildə Cimmi Uels tərəfindən domenlərə və ticarət nişanlarına cavabdeh olan müstəqil xeyriyyə təşkilatının olması və Vikipediya və onun əlaqəli layihələrinin gələcəkdə qeyri-kommersiya vəsaitləri hesabına maliyyələşdirilməsi üçün yaradılmışdır. Onun məqsədi "… pulsuz lisenziya əsasında və ya ictimai sahədə təhsil məzmununu toplamaq və inkişaf etdirmək və onu effektiv və qlobal şəkildə yaymaq üçün bütün dünyada insanları gücləndirmək və cəlb etmək" idi.

VMF-in 2015-ci il maliyyə hesabatlarına görə, həmin ildə büdcəsi 72 milyon ABŞ dolları idi. Ondan 52 milyon ABŞ dolları xərclənmiş, ehtiyatları 82 milyon ABŞ dollarına çatmışdır. VMF əsasən, orta məbləği 15 dollar olan ianələr hesabına maliyyələşdirilir.

Vikimedia istifadəçi qrupları Müxtəlif Vikimedia layihələrinin 800-dən çox dildə versiyası var, onların hər birində ortaq maraq sahələri üzrə işləyən redaktorlar qrupları var. Bəzilərinin öz layihə səhifələri, üzv siyahıları və s. olan Vikilayihələri var. Bəziləri həmçinin hərəkatın idarəçiliyində iştirak etmək üçün icma istifadəçi qrupları kimi qeydiyyatdan keçir, vikilərdən kənarda icma loqolarından istifadə edir və tədbirlər və layihələr üçün qrantlar alır. 2023-cü ilə olan məlumata əsasən, 140-dan çox istifadəçi qrupu var.

İstinadlar

Xarici keçidlər

Vikimedia ana səhifəsi Meta-Vikidə Wikimedia hərəkat strukturunun təsviri

Kateqoriya:Vikimedia Fondu Kateqoriya:Sosial hərəkatlar Kateqoriya:Vikimedia