Əl Hosn Qəsri, Ağ Qala və ya Köhnə Qala () — Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində tarixi abidə və ən qədim daş binadır. Memarı Mohammed Al Bastaki olmuş və 1761-ci ildə inşa edilmişdir. Qəsr Rəşid Bin Səid Əl Maktum küçəsində yerləşir və Əbu-Dabi Mədəniyyət Fondunun bir hissəsidir.
Tarixi Ağ Qala (ilk zamanlar o, ağ deyildi, 1976–1983-cü illərdə təmir zamanı parlaq ağ rəngə boyanıb) və ya Köhnə Qala kimi də tanınan Əl Hosn Qəsri 1761-ci ildə Əbu Dabi adasındakı yeganə şirin su quyusunu qorumaq üçün konusvari gözətçi qülləsi kimi tikilmişdir. Qüllə daha sonra 1793-cü ildə o vaxt Əbu-Dabi hökmdarı Şahbut ibn Dhiyab Əl Nəhayan tərəfindən kiçik bir qalaya çevrildi və hakim Şeyxin daimi iqamətgahı oldu.
Qüllə 1930-cu illərin sonlarında Əbu-Dabidə ilk neft lisenziyasının verilməsi üçün əldə edilən gəlirlər hesabına əsaslı şəkildə genişləndirildikdən sonra indiki şəklini almışdır. 1966-cı ilə qədər əmirin sarayı (buna görə də Qasr əl-Hosn adı, saray qalası mənasını verir) və hökumət iqamətgahı olaraq qaldı. Qala bir neçə dəfə genişləndirilib. Hazırda qala qismən ictimaiyyətə açıqdır.
Hazırkı vəziyyəti Qəsr əl-Hosn hazırda geniş tarixi, arxeoloji və memarlıq tədqiqatlarının obyektidir. Qalada ölkənin tarixini əks etdirən eksponatlar və şəkilləri nümayiş etdirən muzey fəaliyyət göstərir. O, həmçinin bölgənin tarixində istifadə edilən bir sıra silahları nümayiş etdirir.
Əl Hosn Qəsri festivalı Əl Hosn Qəsri festivalı qala ərazisində təşkil edilən illik 11 günlük mədəni tədbirdir. Qala bəzi qadağan olunmuş ərazilər daxil olmaqla, festival zamanı ictimaiyyət üçün açıqdır. Tədbir zamanı BƏƏ-nin mədəni irsini göstərən canlı musiqi və rəqs nümayişləri təqdim edilir.
Qalereya
İstinadlar
Xarici keçidlər
Official Website
Kateqoriya:XVIII əsrdə tamamlanmış evlər Kateqoriya:XVIII əsrə aid qəsrlər Kateqoriya:Əbu-Dabi Kateqoriya:BƏƏ muzeyləri Kateqoriya:Əbu-Dabi muzeyləri