Zərəvani (, ), həmçinin Zəravani — Kürdüstan Regional Hökuməti tərəfindən idarə olunan hərbiləşdirilmiş polis qüvvəsi. Bəziləri tərəfindən jandarmeriya kimi təsvir edilir.

Qalmaqallar 2008-ci ilin iyununda "Zərəvani"lər kürd jurnalistin oğurlanması iddiasından sonra "Amnesty International"ın kampaniyasının mövzusu olmuşdular. Kanadanın "McLeans.ca" saytına görə, "Zərəvani"lər hakim Kürdüstan Demokratik Partiyasına sadiq hesab olunurlar. General-mayor Əziz Vaisiyə görə, partiya üzvlüyünə icazə verilsə də, "Zərəvani" daxilində bütün siyasi fəaliyyətlər qadağandır.

Həmçinin bax Peşmərgə

İstinadlar

Kateqoriya:Jandarma Kateqoriya:İraq Kürdüstanı