thumb|280px|<center>Villaya (cənub fasadı) və fransız bağına mənzərə Villa Efrussi-de-Rotşild () — 1905-1912-ci illərdə baronessa Beatris Rotşild tərəfindən Kot d'Azurdakı Sen-Jan-Kap-Ferra burnunda tikilmiş Ephrussi ailəsinin villası.

1905-ci ildə Beatris atasının ölümündən sonra Sen-Jan-Kap-Ferra burnunda 7 hektar torpaq sahəsi aldı və xəyal etdiyi villanı tikməyə başladı. Tikinti 7 il davam etdi, tikinti zamanı Beatris 20-yə yaxın memar dəyişdirdi. 1912-ci ildə Beatris İl-de-Frans ( — «fransız adası») adlı Villa Efrussi-de-Rotşild ilk qonaqlarını qəbul etdi. Kolleksiyaya olan sevgisi ilə tanınan o, villanı XV—XVIII əsrlərə aid orijinal sənət əşyaları ilə bəzəyib.

1934-cü ildə Beatrisin ölümündən sonra villa və onun müxtəlif fransız mülklərindən topladığı bütün sənət əşyaları sahibinin vəsiyyəti ilə Fransa İncəsənət Akademiyasına təhvil verildi. Hazırda villa muzeydir və ziyarətçilər üçün açıqdır.

İstinadlar

Kateqoriya:Dənizkənarı Alplar Kateqoriya:Fransa villaları