Tahirabad döyüşü - 1510-cu ildə Şah İsmayılın Xorasan səfəri zamanı Qızılbaş və Özbək qoşunları arasında olan toqquşma.Namiq Musalı , I Şah İsmayılın Hakimiyyəti , s.200

Döyüş

Şah İsmayıl 1510-cu il Xorasan səfəri əsnasında yaşanmış bu döyüş , əsirlikdən azad edilmiş Canvəfa Mirzə və Danə Məhəmməd arasında baş vermişdir. Şah İsmayılın Mərv qalasına yaxınlaşdığını eşidən Məhəmməd Şeybani xan, Canvəfa Mirzənin başçılığı altında bir 3 minMehman Süleymanov , Səfəvilər , c.II , s.457 nəfərlik özbək qoşununu Şah İsmayıla qarşı göndərdi. Şah İsmayılda Danə Məhəmmədi göndərdi. Döyüş Tahirabad kəndi yaxınlarında baş verdi. Danə Məhəmmədin yanında oğlu Əxi sultanda var idi. Döyüşün ən gərgin anlarında özbək bahadırlanından oıan Sarıoğlan, çox yaşlı olan Danə Məhəmmədlə qarşı-qarşıya gəldi. Sarıoğlan , Danə Məhəmmədi asanlıqla öldürə biləcəyini düşünsədə elə olmadı və Danə Məhəmməd nizə zərbəsi ilə onu atdan saldı və öldürdü.Mehman Süleymanov , Səfəvilər , c.II , s.458 Qızılbaş qoşunu qalib vəziyyətdə olmasına baxmayaraq, Danə Məhəmməd, özbək bahadırlarından Taclı Bahadırın bir ox zərbəsi ilə öldürüldü. Mirzə Məhəmməd Talışın və Hüseyn bəy Halvaçıoğlu döyüşə qatıldı və bu da qızılbaş ordusuna böyük motivasiya oldu. Əxi sultan atasının ölümünü görəndə çox kədərləndi və atasının qisasını almaq üçün döyüş meydanını tərk edərək qaçan Taclı Bahadırın arxasınca düşdü. Ona yetişdi və bir qılınc zərbəsiylə onu öldürdü.Mehman Süleymanov , Səfəvilər , c.II , s.458

Döyüşdən əvvəl

1501-ci ildə Təbrizdə şiə məzhəbli Azərbaycan Səfəvilər Dövləti yarandığı zaman , Türküstanda Məhəmməd Şeybani xan cahangirlik iddiasında idi. Məhəmməd Şeybani xan özü sünni olduğu üçün Səfəvilərə düşmən oldu və düşmənliklə kiyafətlənməyib , Səfəvi şahı Şah İsmayıl Xətaiyə məktublar göndərərək , onu təhqir edir , hədə qorxu gəlir və tez bir zamanda Səfəvilərə qarşı yürüyüş edib , Şah İsmayıl Xətaini etdikdən sonra , Məkkə və Mədinəni zəpt edəcəyini bildirirdi. Əlbəttə Şah İsmayılda ona lazımi cavabları verirdi. Şah İsmayıl Sultaniyyədə olduğu zaman Məhəmməd Şeybani xan Kirman və Yəzd şəhərlərinə talan məqsədli ordu göndərdi. Şah İsmayılın qardaşı İbrahim Mirzə bu zaman Təbrizdə idi. Şah İsmayılda qardaşı İbrahim Mirzəyə Məhəmməd Şeybani xanın gəndərdiyi özbək komandiri Canvəfa Mirzənin qoşun göndərdiyini xəbər verdi və İbrahim Mirzədə Yəzddə olan özbək ordusuna hücum etdi və Cənvəfa Mirzəni məğlub etdi.Mehman Süleymanov , Səfəvilər , c.II , s.433 Ardınca Kirmandan qaçan özbək ordusuna hücum edib, onlarıda məğlub etdi.Mehman Süleymanov , Səfəvilər , c.II , s.434 Bu döyüşlərdə özbəklər 6 min itkiyə məruz qaldılar. Şah İsmayıl 1510-cu ildə ikinci Şirvan səfərini başa çatdırandan sonra , Xorasana səfər etdi və Tahirabad döyüşüdə bu səfər zamanı olmuşdur. İstinadlar

Kateqoriya:1410-cu ildəki hadisələr Kateqoriya:Azərbaycanın hərb tarixi Kateqoriya:Azərbaycan orta əsrlərdə Kateqoriya:Səfəvilərin müharibələri

Xarici keçidlər Şeybani xanlığı Səfəvilər