Livan Müqavimət Briqadaları (, ) — "Hizbullah"a bağlı Livan qeyri-məzhəbli hərbiləşdirilmiş qrup. Qeyri-qanuni milislər Livan milliyətçiliyinə və İsrail əleyhinə güclü inanclara sadiq qalan sünni və şiə müsəlmanlar, xristianlar və druzlardan ibarətdir. Onlar "Hizbullah" tərəfindən maliyyələşdirilir, öyrədilir, silahlandırılır və formalaşdırılır. Qrupun ölçüsü, tərkibi və gücü aydın deyil.
Qrup 1997-ci ildə İsraillə mübarizə məqsədilə yaradılmışdır, lakin o vaxtdan İŞİD kimi sünni ekstremistlərlə mübarizə aparmaq üçün fəaliyyətini genişləndirmişdir.
İstinadlar
Kateqoriya:Hizbullah Kateqoriya:İkinci Livan müharibəsi