Dərbənd Şəhər Rəisliyi (rusca:Дербентское градоначальство) — Rusiya imperiyasının tərkibindəki Dağıstan vilayətinin Qaytaq-Tabasaran dairəsinin tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Dərbənd Şəhər Rəisliyi 1860-1883-cü illərdə mövcud olmuş və mərkəzi Dərbənd şəhəri olmuşdur.

Dərbənd Şəhər Rəisliyinin əhalisinin böyük bir hissəsi azərbaycanlılardan təşkil edilmişdi. Tarixi Dərbənd Şəhər Rəisliyi 1860-cı ildə Rusiya imperiyası daxilində aparılan inzibati islahatların bir hissəsi olaraq təşkil edilmişdi. 1860-cı ildə Dağıstan vilayəti yaradıldı. Bu vilayətin inzibati mərkəzi 1860–1866–cı illərdə Dərbənd, 1866–1917–ci və 1919–1921–ci illərdə isə Temirxan–Şura şəhəri olmuşdur. Dağıstan vilayəti özü də bir neçə hissəyə bölünmüşdü. Belə inzibati vahidlərdən biri də Qaytaq-Tabasaran dairəsi idi və Dərbənd Şəhər Rəisliyi buraya tabe idi.

1860-cı ildə yaradılmış inzibati-ərazi vahidliyinə Dərbənd şəhəri, Sabnova kəndi və Ulus Mahal (onun 12 kəndi və obası) daxil idi. Rəislik mülki administrasiya tərəfindən idarə edilirdi və Rusiya imperiyasının qanunları ilə idarə edilirdi.

12 iyun 1883-cü ildə Dərbənd Şəhər Rəisliyi ləğv edildi və mərkəzi Qullar kəndi olan Ulus Mahal Kürə dairəsinə transfer edildi. dərbənd şəhərinin idarə edilməsi isə şəhər polisliyinə və polis rəisinə tabe etdirildi.

Rəislər Dağıstan vilayətinin başçıları Dərbənd merlərini təyin edirdilər, bəzi bölgələrdə isə merlərin özləri mülki qubernator hüquqlarına malik idilər: +ПортретЗвание при службеФИОПериод службыGeneral-mayorMixail Loris-Məlikov1860 — 1860 martGeneral-mayorMixail Cemərcidzev17 аprel 1863 — 1868 General-mayorКомаров, Александр Виссарионович1868 — 1877 General-mayorAvraam Mədətov1877 — 1883 12 iyun

Əhali Etnoqraf N.İ.Voronovun “Qafqaz haqqında statistik məlumatlar toplusu”na əsasən, 1869-cu ildə şəhər idarəsində 16007 nəfər yaşayırdı ki, onlardan 13295 nəfəri Dərbənddə, 2388 nəfəri Ulus Mahalda, qalanlar 324 nəfər isə Sabnova kəndində yaşayırdı. Qeydlər

Həmçinin bax Dərbənd xanlığı

İstinadlar

Mənbə

Kateqoriya:Dağıstan vilayəti Kateqoriya:Dərbənd tarixi