Məhərrəm İsmayıl oğlu Nəcəfzadə () — musiqiçi. 15 musiqi alətində ifa bacarığı ilə tanınıb.

Həyatı Məhərrəm İsmayıl oğlu Nəcəfzadə 1966-cı il noyabrın 30-da Bakıda anadan olub. 1973-1981-ci illərdə Yasamal rayonundakı 172 saylı məktəbdə oxuyub. 1981-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunun tar sinfinə daxil olub. 1986-cı ildə təhsilini başa vurub. Xırdalan şəhərindəki Abşeron Mədəniyyət Sarayında ansambl rəhbəri, Müəllimlər Mərkəzində konsertmestr, Dövlət Muğam Teartrının muğam-studiyasında xanəndə Mürşüd Məmmədovun sinfində müşayiətçi, tarzən-konsertmeystr, "Şəms" instrumental ansamblının yaradıcısı və bədii rəhbəri olub. Məhərrəm Nəcəfzadənin qardaşları Abbasqulu, Mehdi, İlham musiqiçilərdir. Onlar 1988-ci ildə "Qardaşlar" kvarteti yaradıblar.

21 dekabr 2023-cü il tarixində vəfat edib. 2025-ci ildə oğlu Nəriman Nəcəfzadə atasının intihar etdiyini açıqlayıb.

İstinadlar