right|thumb|270x270px| ABŞ-də media mülkiyyətinin təmərküzləşməsini göstərən qrafik. Media mülkiyyətinin təmərküzləşməsi — getdikcə daha az fərd və ya təşkilatın kütləvi informasiya vasitələrinin paylarına nəzarət etdiyi prosesdir.Steven, 2009: p. 19 Müasir tədqiqatlar təmərküzləşmə səviyyələrinin artdığını nümayiş etdirir, bir çox media sənayesi artıq yüksək dərəcədə təmərküzləşib və çox az sayda firmanın dominasiyası altındadır.

Qlobal miqyasda iri media konqlomeratlarına "Bertelsmann", "National Amusements" ("Paramount Global"), "Sony Group Corporation", "News Corp", "Comcast", "The Walt Disney Company", "Warner Bros. Discovery", "Fox Corporation", "Hearst Communications", "Amazon" ("Amazon MGM Studios"), "Grupo Globo" və "Lagardère Group" daxildir.

2022-ci ilə qədər gəlir baxımından ən böyük media konqlomeratları "Comcast", "The Walt Disney Company", "Warner Bros. Discovery" və "Paramount Global"dır.

Birləşmələr Media birləşmələri bir media şirkəti digərini satın aldıqda baş verir. Amerika Birləşmiş Ştatlarında korporativ media mülkiyyətinin mövcud mənzərəsini oliqopoliya kimi təsvir etmək olar.Straubhaar, Joseph, Robert LaRose, and Lucinda Davenport. Media Now: Understanding Media, Culture, and Technology. Wadsworth Pub Co, 2008. Print.

Media bütövlüyü üçün risklər Media bazarına az sayda şirkət və şəxslər nəzarət etdikdə medianın bütövlüyü risk altında olur. Medianın dürüstlüyü media sistemi daxilində institusional korrupsiyaya, təsir iqtisadiyyatına, ziddiyyətli asılılığa və siyasi müştəriliyə qarşı dayanıqlı hala gətirərək media orqanının ictimai maraqlara və demokratik prosesə xidmət etmək qabiliyyətidir.

Xalis neytrallığın aradan qaldırılması Media birləşmələri baş verən zaman xalis neytrallıq da təhlükə altına düşür. Xalis neytrallıq internetdə mövcud olan məzmuna məhdudiyyətlərin olmamasını nəzərdə tutur, lakin kampaniyaları maliyyə cəhətdən dəstəkləyən böyük bizneslər ilə onlar siyasi məsələlərə təsir göstərməyə meyllidirlər. İnternetdən istifadəyə və ya efirə də nəzarət edən bu böyük bizneslər məzmunu öz siyasi baxış bucağından qərəzli şəkildə əlçatan edə bilər və ya ziddiyyətli siyasi baxışlar üçün istifadəni məhdudlaşdıra bilər. Belə olan zaman media orqanının neytrallığı aradan qaldırılır.Straubhaar, Joseph, Robert LaRose, and Lucinda Davenport. Media Now: Understanding Media, Culture, and Technology. Wadsworth Pub Co, 2008. Print.

Problemlər Media mülkiyyətinin təmərküzləşməsi çox vaxt müasir medianın və cəmiyyətin problemi kimi görünür.

Mətbuat azadlığı və redaksiya müstəqilliyi Yohannes fon Donani 2003-cü ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Media Azadlığı üzrə Nümayəndəliyi tərəfindən dərc edilmiş hesabatda bildirmişdir ki, istər yerli, istərsə də xarici investorlar tərəfindən idarə olunan media arasında bazar təmərküzləşməsi "yaxından izlənilməlidir", çünki "üfüqi təmərküzləşmə media plüralizminə və müxtəlifliyinə təhlükə yarada bilər, şaquli təmərküzləşmə isə yeni rəqiblər üçün giriş maneələri ilə nəticələnə bilər". Fon Donani iddia etmişdir ki, "azad və müstəqil çap mediasını müdafiə etmək və konstitusiya demokratiyasının təməl daşlarından biri kimi peşəkar jurnalistikanı qorumaq" üçün redaksiya müstəqilliyi, peşəkar jurnalistlər üçün daha yaxşı əməyin mühafizəsi və müstəqil institutlar üçün standartlar olmalıdır. Bu institutlar "təmərküzləşmə prosesləri, media plüralizmi, məzmun müxtəlifliyi və jurnalist azadlıqları ilə bağlı bütün qanun və qaydaların icrasına və riayət olunmasına nəzarət etməlidir".

Həmçinin bax

Söz azadlığı Mətbuat azadlığı Media manipulyasiyası

İstinadlar

Əlavə ədəbiyyat

Amelia Arsenault & Manuel Castells (2008) The Structure and Dynamics of Global Multi-Media Business Networks . International Journal of Communication.

Kateqoriya:Antikorporativ aktivizm Kateqoriya:Qeyri-mükəmməl rəqabət Kateqoriya:Kütləvi informasiya vasitələri Kateqoriya:Media mülkiyyətinin təmərküzləşməsi