İslami Müqavimət Hərəkatının Nizamnaməsi (), həmçinin HƏMAS Nizamnaməsi və ya HƏMAS Xartiyası —HƏMAS (İslami Müqavimət Hərəkatı) tərəfindən 18 avqust 1988-ci ildə buraxılmış və təşkilatın təsisçi kimliyini, mövqelərini və məqsədlərini əks etdirən sənəd. HƏMAS 2017-ci ildə 1988-ci il nizamnaməsini açıq şəkildə ləğv etmədən yenidən işlənmiş nizamnaməni təqdim etmişdir.
Orijinal nizamnamədə HƏMAS Fələstində "Müsəlman Qardaşlar" olaraq təyin olunmuş və onun üzvləri "zalımların qarşısında cihad bayrağını qaldıran", "Allahdan qorxan müsəlmanlar" olaraq təsvir edilmişdir. Nizamnamə yəhudilərə qarşı mübarizəni müəyyən etmiş və nəticədə bütün keçmiş Fələstin mandatı ərazisində İslam dövlətinin yaradılmasına, İsrailin məhvinə və ya parçalanmasına çağırış etmişdir.The Palestinian Hamas By Shaul Mishal, Avraham Sela . Google Books. Retrieved 9 February 2009. Xartiya bəzi şərhçilərin soyqırıma təhrik kimi səciyyələndirdiyi antisemit ritorikadan istifadə etdiyinə görə tənqid edilmişdir. HƏMAS 2017-ci il nizamnaməsində antisemit ritorikanı aradan qaldırmış, HƏMAS-ın mübarizəsinin yəhudilərlə yox, sionistlərlə olduğunu müəyyən edilmişdir.
Seçkilərdə vəzifəyə namizədlər irəli sürməyi seçəndən bəri HƏMAS öz nizamnaməsinin rolunu aşağı salmışdır. HƏMAS lideri İsmayıl Həniyyə nizamnaməyə birbaşa zidd olaraq 2008-ci ildə bəyan etmişdir ki, 1967-ci il sərhədləri boyunca Fələstin dövlətini qəbul etməyə və İsraillə uzunmüddətli barışıq təklif etməyə razı olacaq."Haniyeh: Hamas willing to accept Palestinian state with 1967 borders ". Haaretz. (09-11-08) Retrieved 27 May 2011. 2009-cu ildə BBC-yə müsahibə verən Britaniyanın baş naziri Toni Bleyr HƏMAS-ın İsrailin varlığını qəbul etmədiyini, terror və zorakılıqla öz məqsədlərini həyata keçirməyə davam etdiyini iddia etmişdir. 2010-cu ildə Həmas lideri Xalid Məşəl açıqlamışdır ki, nizamnamə "tarixin bir parçasıdır və artıq aktual deyil, lakin daxili səbəblərə görə dəyişdirilə bilməz".Mazin Qumsiyeh on the History and Practice Of Nonviolent Palestinian Resistance Washington Report on Middle East Affairs, May–June 2010, pp. 40-42. Məşəl həmçinin HƏMAS-ın "Müsəlman Qardaşlar"ı ilə əlaqələrini dayandırdığını bildirmişdir.
1988-ci il nizamnaməsindən fərqli olaraq, 2017-ci il nizamnaməsi 1967-ci ildən əvvəl mövcud olan sərhədlər daxilində Fələstin dövlətini qəbul etmiş, HƏMAS-ın "sionist qurum" adlandırdığı İsrail dövlətini tanımaqdan yenə imtina etmişdir. 2017-ci il nizamnaməsi 1967-ci ildən əvvəlki sərhədlər daxilində İsrail dövlətinə keçid dövləti kimi istinad edir və eyni zamanda "bütün Fələstinin azad edilməsini" müdafiə edir.
2017-ci il nizamnaməsinin aktuallığı bir çoxları, o cümlədən İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi tərəfindən şübhə altına alınmışdır. O, 2017-ci ildə verdiyi açıqlamada HƏMAS-ı dünyanı aldatmaq cəhdində günahlandırmış və həmçinin əsl dəyişiklik üçün "terror fəaliyyətlərini dayandırmasını" istəmişdir. Bundan əlavə, HƏMAS-ın həmtəsisçisi Mahmud Zəhhar da daxil olmaqla, HƏMAS liderləri HƏMAS-ın "öz əhdində bir söz də dəyişməyəcəyini" bildirmişdilər.
Həmçinin bax
İslamizm
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər
1988-ci il HƏMAS Xartiyasının ingiliscə tərcüməsi Kateqoriya:HƏMAS Kateqoriya:Fələstin tarixi Kateqoriya:Fələstində siyasət Kateqoriya:İslam və antisemitizm Kateqoriya:Cihad Kateqoriya:İslamizm