Yapon dənizi zəlzələsi — 1 yanvar 2024-cü il, saat 16:10-da (07:10 UTC) MJMA7.6 və ya Mw7.5 gücündə Yaponiyanın İşikava prefekturasının Noto yarımadasında yerləşən Suzu şəhərindən 7 km (4.3 mil) şimal-şimal-qərbdə baş verən zəlzələ.

Yaponiya Meteorologiya Agentliyi (JMA) bu zəlzələni rəsmi olaraq 2024-cü il Noto Yarımadası Zəlzələsi adlandırdı. Bu, 2011-ci ildə Tohoku zəlzələsindən sonra Yaponiyanın ilk böyük sunami xəbərdarlığına səbəb oldu və Yapon dənizi boyunca 1,2 m (4 fut)-dən çox olan sunami müşahidə edildi.

İstinadlar

Kateqoriya:Yaponiyada zəlzələlər Kateqoriya:2024-cü ildəki hadisələr Kateqoriya:Yapon dənizi