Sergey Vladimiroviç Mixalkov () — SSRİ və Rusiya şairi, dramaturq, publisist və ictimai xadimi. Sovet ədəbiyyatının klassiki.
Həyatı Sergey Vladimiroviç Mixalkov 1913-cü ildə Moskvada anadan olmuşdur. O, 1971-ci ildən SSRİ Pedaqoji EA həqiqi üzvü, 1973-cü ildən Sosialist Əməyi Qəhrəmanıdır. Uşaqlar üçün canlı, maraqlı dildə yazdığı şeirlərində ("Styopa dayı", "Bəs sizdə nə var?" və s.) və pyeslərində ("Qırmızı qalstuk",1946, "Qiymətli oğlan",1971) gənc nəslə əməyə, vətənə məhəbbət, nəcib mənəvi-əxlaqi keyfiyyətlər aşılanır.
Böyük Vətən müharibəsi illərində hərbi müxbir kimi oçerk, hekayə, satirik şeir və felyetonlar yazmışdır. Mixalkovun aktual mövzulu təmsilləri məşhurdur. Yaşlılar üçün yazdığı "İlya Qolovin" (1950) pyesi "Ovçu"(1956), "Vəhşilər" (1958), "Özünə abidə…" (1959), "Xərçənglər", (1960) satirik komediyaları əhali arasında böyük rəğbət qazanmışdır. Onun gənc nəslin tərbiyəsindən bəhs edən "Hər şey uşaqlıqdan başlanır"(1968), "Zamanın əlamətləri"(1976) adlı kitabları vardır. Əsərləri bir çox dilə, o cümlədən Azərbaycan dilinə tərcümə edilmişdir. "Xərçənglər", "Qiymətli oğlan" pyesləri Azərbaycan səhnəsində tamaşaya qoyulmuşdur. thumb|Vladimir Putin və Sergey Mixalkov S. V. Mixalkov SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi, RSFSR Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, 1962-ci ildən "Fitil" satirik jurnalının baş redaktoru vəzifələrində çalışmışdır.
S. V. Mixalkov SSRİ Ali Sovetinin 8–10-cu çağırış deputatı olmuşdur. O, 3 dəfə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni, 3 başqa orden və medallarla təltif olunmuşdur.
Sergey Mixalkov SSRİ-nin, eləcə də müstəqil Rusiyanın himninin müəllifidir. Daha çox uşaq şerlərinin müəllifi kimi tanınan şair populyar kino və cizgi filmlərinə də ssenari yazıb.
Sergey Mixalkov təxminən 20 il ərzində RSFSR Yazıçılar Birliyinə rəhbərlik edib. RSFSR və SSRİ Ali Sovetinin deputatı olub.
Sovet ədəbiyyatının klassiki Sergey Mixalkov 27 avqust 2009-cu ildə 97 yaşında vəfat edib. Mixalkov Moskva xəstəxanalarından birində vəfat edib.
İstinadlar
Kateqoriya:Rusiya şairləri Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:Rusiya uzunömürlüləri Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:SSRİ Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Rusiya jurnalistləri Kateqoriya:Rusiya dramaturqları Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:Rusiya ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ jurnalistləri Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Rusiya aktivistləri Kateqoriya:Sov.İKP-nin XIX konfransının nümayəndələri Kateqoriya:RSFSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin X çağırış deputatları Kateqoriya:Rusiya publisistləri Kateqoriya:SSRİ publisistləri Kateqoriya:Rus şairlər