Ukraynalılar () və ya ukrainlər — Ukrayna Respublikasının əsas əhalisini təşkil edir. Ukrainlər ruslar, belaruslar və rusinlər (bəzən rusinlər ukrayınların bir subetnik qrupu sayılırlar) ilə birlikdə şərqi slavyan xalqlarından sayılırlar.
Bəzi tarixçilərə əsasən, müstəqil etnik birlik kimi Ukrayna xalqı XVI əsrdə formalaşmışdır. Bu xalqın məskunlaşdığı əsas ərazi Dnepr çayı sahilləri – Kiyev, Poltava və Çerniqov vilayətinin cənub hissəsi olmuşdur. Hazırda ukrainlər Ukraynanın hüdudlarından kənarda, yaxın və uzaq xaricdə, o cümlədən XIX əsrin əvvəlləri və ondan bəri Azərbaycanda da məskunlaşmışlar.
Ümumi sayları 40 milyona yaxındır. Əsasən Ukraynada yaşayırlar — 37,541,700 nəfər (2001-ci il siyahıya almasına əsasən). Rusiyada, Kanadada, Amerika Birləşmiş Ştatlarında, Braziliyada, Qazaxıstanda, Moldovada, Belarusda və Almaniyada böyük diasporaları mövcuddur.
İstinadlar
Kateqoriya:Slavyanlar Kateqoriya:ABŞ-də yaşayan etnik qruplar Kateqoriya:Braziliyada yaşayan etnik qruplar Kateqoriya:Kanadada yaşayan etnik qruplar Kateqoriya:Moldovada yaşayan etnik qruplar Kateqoriya:Özbəkistanda yaşayan etnik qruplar Kateqoriya:Qazaxıstanda yaşayan etnik qruplar Kateqoriya:Polşada yaşayan etnik qruplar Kateqoriya:Rusiyada yaşayan etnik qruplar Kateqoriya:Ukraynada yaşayan etnik qruplar Kateqoriya:Time jurnalının "İlin adamı" Kateqoriya:Avropada yaşayan etnik qruplar Kateqoriya:Hind-Avropa xalqları Kateqoriya:Beynəlxalq sərhədlərlə bölünmüş etnik qruplar Kateqoriya:Qırğızıstanda yaşayan etnik qruplar