Bakı erməni teatrı — 1920–1949-cu illərdə Bakıda fəaliyyət göstərən teatr.

Adı Teatrın bütün tarixi boyu müxtəlif adları olub: Bakı Dövlət Erməni Teatrı (1920–1931) Azərbaycan Dövlət Qırmızı Bayraqlı Erməni Dram Teatrı (1931–1939) Levon Yeramyan adına Azərbaycan Dövlət Erməni Dram Teatrı (1939–1949)

Tarixi Erməni dram truppaları və böyük erməni aktyorları XIX əsrin sonlarından Bakıda çıxış edirdilər. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra orada daimi fəaliyyət göstərən teatr yaradıldı. İyunun 20-də Aleksandr Şirvanzadənin "Namus" tamaşası ilə açılmışdır.

1949-cu ildə teatr bağlandı, aktyorların bir qismi Xankəndi Dövlət Dram Teatrına köçdü. 1958-ci ildə Bakıda Q. Tavrizyanın rəhbərlik etdiyi və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən yeni dram kollektivi yaradıldı.

İstinadlar

Kateqoriya:Bakı teatrları Kateqoriya:Bakı erməniləri Kateqoriya:1920-ci ildə Azərbaycanda yarananlar