Ahmet Ərbaş () — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı.

Həyatı Ahmet Ərbaş 1966-cı ildə Yozqat ilinin Yergöy ilçəsində anadan olub. 1992-ci ildə Ankara Universiteti Dil, Tarix və Coğrafiya Bölməsindən məzun olub. Karpaz Universiteti Sosial Elmlər İnstitutunda və Kastamonu Universiteti Sosial Elmlər İnstitutunda magistr dərəcəsi alıb.

Dövlət Arxivləri Baş İdarəsində mütəxəssis, TBMM-də məsləhətçi, Nəqliyyat Nazirliyində müşavir, Səhiyyə Nazirliyində isə baş müşavir vəzifələrində çalışıb.

2018 və 2023-cü illərdə MHP namizədi olaraq Kütahya ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 28-ci çağırışda TBMM Daxili İşlər Komissiyasının sədr müavini vəzifəsində təmsil olunub.

İngiliscə, fransızca və qırğızca bilir. Subaydır.

İstinadlar

Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları