The Long Dark, Hinterland Studios tərəfindən hazırlanmış tək nəfərlik sağ qalma video oyunudur. Oyunda, geomaqnit qasırğasından sonra soyuq Kanada səhrasında sağ qalmalı olan qəzaya uğramış təyyarə pilotu Will Mackenzie rolu ilə keçir.
Detallar Oyun bədən istiliyi, kalori qəbulu, aclıq/susuzluq, yorğunluq, külək soyuması, vəhşi təbiət və bir çox digər ətraf mühit faktorlarını nəzərə alan sağ qalma simulyasiyasıdır. Oyunda üçün üç oyun rejimi mövcuddur: "Hekayə rejimi", "sağ qalma rejimi" və "Çağırış rejimi.
Oyunun xəritəsi bir sıra bölgələrə bölünür: Mystery Lake, Coastal Highway, Pleasant Valley, Forlorn Muskeg, Desolation Point, Timberwolf Mountain, Mountain Town, Broken Railroad, Hushed River Valley, Bleak Inlet, Ash Canyon ve Blackrock Mountain.
Sağ qalma rejimi
Sağ qalma rejimi açıq dünya yəni bötüv xəritə versiyasında baş verir. Burada oyunçu istədiyi bölgəni seçə və oyunda istənilən bölgəyə daxil ola bilər. Məqsəd oyunçunun dünyada tapa biləcəyi hər hansı resurslardan faydalanaraq və ya istifadə edərək mümkün qədər uzun müddət sağ qalmasıdır. Buraya yemək, su, odun, dərman, silah, balta, bıçaq və saysız-hesabsız digər əşyalar daxildir. Təbiətdə ovlana biləcəyi maral və çölə çıxanda oyunçu üçün daimi təhlükə olan canavar ilə ayı kimi vəhşi təbiət mövcuddur.
Alətlər və əşyalar zaman keçdikcə xarab olur, bu da oyunçunu onların vəziyyəti və sonda təmir ehtiyacı ilə bağlı ehtiyatlı qərarlar qəbul etməyə məcbur edir. Əsas tərkib hissəsi olan od yandırmaq və yemək bişirmək ilə su qızdırmaq üçün vacibdir. Oyunçu sağ qalmaq üçün müntəzəm olaraq odun və yanacaq axtarmalıdır. Oyunçu qida zəhərlənməsi və xəstəlik səbəbindən can faizi azala vəya ölə bilir. Oyun həmçinin temperaturu və külək yönünü öyrənməyi simulyasiya edir,həmçinin oyunçunu donvurmaya məruz qoymamaq və ölməmək üçün həmişə havanı və geyimlərini diqqətlə nəzarətdə saxlamağa təşviq edir.
Hekayə rejimi
Sağ qalma rejimindən fərqli olaraq, hekayə rejimi sağ qalma elementləri olan epizodik macəra oyunudur və daimi ölüm xüsusiyyəti yoxdur. Sağ qalma rejimində oyunçu müəyyən coğrafi ərazilər ilə məhdudlaşan, geomaqnit fırtınasından sonra sağ qalmaq üçün mübarizə aparan və oyun dünyasında sərbəst səyahət edə bilməyən pilot rolunu üzərinə götürür. Yəni xəritədə verilən tapşırıqlardan kənara çıxa bilmir.
Ticarət və oyun sektoru uğurları 2015-ci ilin yanvarına qədər oyun 250,000 nüsxə satılmışdı və bu say avqust 2015-ci ilə qədər 500,000 nüsxəsəyə qədər yüksəldi. 2016- ilin aprelində Hinterland bütün platformalarda 750.000-dən çox nüsxənin satıldığını elan etdi və Steam istifadəçi bazasının 99.78% təsdiqləmə reytinqinə görə minnətdarlığını ifadə etdi.- 2016-cı ilin sentyabr ayına qədər isə 3,3 milyon nüsxə satıldı və bu sürətlə satış 2021-ci ilə qədər 5 milyon nüsxəyə çatdı.
Mükafatlar Oyun "Ən yaxşı sənət rejissoru", "Ən gözəl oyun dizaynı" və "Ən Yaxşı Musiqi/Səs dizaynı " üçün namizədlikdə idi və 2018-ci ildə Webby mükafatlarında "Ən çox yazılı" və "Strategiya/Simulyasiya" mükafatlarını qazandı.
Həmçinin Half-Life
Far Cry 6
Grand Theft Auto V
İstinadlar Kateqoriya:Linux videooyunları Kateqoriya:2017-ci ilin videooyunları Kateqoriya:2014-cü ilin videooyunları Kateqoriya:Birinci-şəxs atıcılar Kateqoriya:Birinci-şəxs atıcılar Kateqoriya:Açıq dünya oyunları Kateqoriya:Sağ qalma simulyatorları Kateqoriya:Protaqonistlərin genderlərini seçmək imkanı yaradan videooyunlar Kateqoriya:Kanada videooyunları Kateqoriya:Xbox One videooyunları Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:MacOS videooyunları Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:MacOS videooyunları Kateqoriya:Birnəfərli videooyunlar Kateqoriya:Nintendo Switch videooyunları Kateqoriya:Windows videooyunları