Zəkəriyə Yapıcıoğlu () — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı, Hürr Dava Partiyasının sədri.

Həyatı Zəkəriyə Yapıcıoğlu 1966-cı ildə Batman ilində anadan olub. İbtidai və orta təhsilini Batman ilində alıb. Əvvəlcə Batman Sənaye Peşə Liseyini bitirib, daha sonra isə 1988-ci ildə Ankara Universiteti Hüquq Bölməsindən məzun olub.

1990-cı ildə Ərzurumda özəl müəssisədə hüquqşünas olub, 1992-2012-ci illərdə isə sərbəst hüquqşünas olaraq çalışıb.

2012-ci ildə 45 dostu ilə birgə Hürr Dava Partiyasını təsis edib. Bir il sədr müavini olduqdan sonra 30 iyun 2013-cü ildə Hürr Dava Partiyasının sədri seçilib. 2018-ci ilin martında istefa verib, 2021-ci ilin iyununda isə növbəti dəfə Hürr Dava Partiyasının sədri seçilib.

2023-cü il mayın 14-də Hürr Dava Partiyasının namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.

Kürdcə və ingiliscə bilir. Evli və 5 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyə siyasi partiyalarının sədrləri