Fransua-Henri Pino (; ) — Fransa biznesmeni, lüks brend konqlomeratının prezidenti Fransua Pinonun oğlu və varisi. 2018-ci il 18 avqust etibarilə ailəsinin sərvətinin 30,5 milyard dollar olduğu təxmin edilən biznesmen dünyanın ən varlı adamlarından biri hesab olunur.

Erkən həyatı O, HEC Parisdə təhsil alıb. 1989-cu ildə "Pinault Distribution"dan sonra "France Bois Industries"in baş meneceri oldu.

1993-cü ildə xaricə işləməyə getdi (Afrika, DOM-TOM). 1997-ci ildə FNAC-ın baş direktoru təyin edilib. 2005-ci ilin mart ayında o, atasını əvəz edərək Pinault-Printemps-Redoute (PPR) prezidenti təyin edilərkən böyük bir sıçrayış etdi. 20 iyun 2007-ci ildə o, PPR qrupu tərəfindən törəmə şirkəti Sapardis vasitəsilə satın alındıqdan sonra Almaniyanın idman avadanlığı şirkəti Puma-nın idarə heyətinin sədri vəzifəsini icra etdi.

İstinadlar

Kateqoriya:Fransa milyarderləri Kateqoriya:İxtiraçılar