link=https://en.wikipedia.org/wiki/File:Tractor_Belarus-1522-2.jpg|thumb|Belarus-1522 Belarus () — 1950-ci ildən Belarusun paytaxtı Minskdə yerləşən Minsk Traktor Zavodunda istehsal olunan traktor seriyası. Bu traktorlar Müstəqil Dövlətlər Birliyində yaxşı tanınır və dünyanın 100-dən çox ölkəsinə, o cümlədən ABŞ və Kanadaya ixrac edilir.

Tarixi İkinci Dünya müharibəsinin sonunda SSRİ-də kənd təsərrüfatı infrastrukturu pis vəziyyətdə idi: müharibənin sonrakı illərində kənd təsərrüfatı maşınlarının istehsalı mövcud deyildi. Böyük kolxozlarda hələ də işləyən traktorlar və maşınların əksəriyyəti 1930-cu illərin əvvəllərində və ya daha əvvəl istehsal edilmişdi və ağır istifadədən köhnəlmişdilər. Kommunist dövləti SSRİ daxilində bir neçə yerdə yeni traktorların istehsalına göstəriş vermişdi. MTZ-nin əsas quraşdırma zavodu Minskdə olsa da, digər yerlərdəki zavodlarında da müxtəlif tipli traktorların istehsalı mövcud idi. Bütün bu traktorlar dizayn olaraq bir-birlərindən fərqlənsələr də, hamısı "Belarus" adı altında ixrac edilirdi.

1948-ci ildən bəri Minsk Traktor Zavodunda 3 milyona yaxın traktor hazırlanmışdır.

Belarus prezidenti Aleksandr Lukaşenko Vladimir Putinə 70 illik yubileyində 1523.3 model Belarus traktoru hədiyyə etmişdir.

Lisenziya

Azərbaycan 2006-cı ilin oktyabrında Gəncə Avtomobil Zavodu ilə Minsk Traktor Zavodu arasında əməkdaşlıq yaradılmışdır. 2007-ci iln mart ayının 27-də Gəncə avtomobil zavodunda yığımdan keçən ilk "Belarus" markalı traktor konveyerdən düşüb.

Pakistan Fecto Group ilk dəfə 1962-ci ildə Qərbi Pakistanda Sovet Brend Traktorlarını təqdim etmişdi. Traktorlar əvvəllər SSRİ-dən gətirilmiş, daha sonra 1980-ci illərdə Lahorda Fecto Belarus Traktor Yığma Zavodu tikilmişdir. O vaxtdan bəri zavod tərəfindən 25 at gücündən 80 at gücünə qədər müxtəlif traktor modelləri təqdim edilib.

Rumıniya 2010-cu ilin oktyabr ayında Rumıniyada yerləşən IRUM şirkəti, taxta-şalban traktorlarında ixtisaslaşaraq yerli bazar üçün xaricdən gətirilən Belarus TAG traktorlarından yığmağa başlyıb.

Serbiya 2011-ci ildə Serbiyanın Agropanonka şirkəti yerli bazar üçün ildə 3 000 traktor yığmağa başlayıb.

Tacikistan 2012-ci ilin sentyabrında Tacikistan və Belarus Tacikistanın cənubunda Belarus traktorları istehsal edən şirkət yaratmaq barədə razılığa gəliblər. Tacikistanda istehsal olunan traktorların bir hissəsinin regionun digər ölkələrinə ixracı planlaşdırılır.

Kamboca 2013-cü ilin mart ayında Kambocada Pnompen yaxınlığında Belarus Traktor Yığma Zavodu açılmışdır. Birgə layihə Kamboca və ətraf ölkələrin bazarlarına hər il 400-dən çox müxtəlif model traktorun tədarükünü nəzərdə tutur.

İstinadlar

Kateqoriya:Traktorlar